Daha bir BOKT vəziyyətini açıqladı - GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ 2 DƏFƏYƏ YAXIN ARTIB
"City Finance BOKT" MMC 2022-ci ili 3 milyon 60 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2021-ci ili 1 milyon 589 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "City Finance BOKT"ın xalis mənfəti 2022-ci ildə 2021-ci illə müqayisədə 1 milyon 471 min manat və ya 92,6% artıb.
Marja.az xəbər verir ki, "City Finance BOKT"ın faiz gəlirləri 2021-ci ildə 2 milyon 806 min manat ikən, 2022-ci ildə 5 milyon 518 min manata yüksəlib (2 milyon 712 min manat və ya 96,6% artıb).
"City Finance BOKT" tərəfindən müştərilərə verilmiş kreditlər (kredit portfeli) 2022-ci ildə 2021-ci illə müqayisədə 5 milyon 836 min manat və ya 32,6% artaraq 23 milyon 720 min manata çatıb.
"City Finance BOKT" MMC-nin payçıları "AQA Şirkətlər Qrupu" QSC (72,5%) və Habib Zadeh Mohammed Reza Parvizdir (27,5%).
“City Finance” bank olmayan kredit təşkilatıdır. BOKT 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyətə başlayaraq müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
19 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 19 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək





















