Visa, Azərbaycanın daxil olduğu bölgəsi üzrə yeni marketinq direktoru təyin edib
Bu gün Visa şirkəti, Tariq Abdullanın baş vitse-prezident və Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) regionu üzrə marketinq direktoru vəzifəsinə təyin olunmasını rəsmən elan edib.
Bu barədə Marja-ya Visa-dan bildirilib.
CEMEA regionuna Azərbaycan da daxildi. Tariq Abdulla artıq 2 maydan etibarən bu vəzifəni icra edir.
Visa-nın qlobal marketinq direktoru Frənk Kuperin rəhbərliyi altında Tariq Abdulla Visa-nın Dubaydakı (BƏƏ) regional ofisində çalışaraq, CEMEA regionunda əhatə dairəmizi genişləndirməyə, məhsul, xidmət və həllərimizə tələbatı təşviq etməyə, müxtəlif kampaniyalar və təbliğat fəaliyyətləri vasitəsilə məqsədlərimizi yaxınlaşdırmağa, eləcə qlobal sponsorluq təşəbbüsləri yolu ilə dəyərlərimizi gücləndirməyə kömək edəcək.
“Tariq bizə maraqlı dövrdə qoşulur. Keçmişdə müştərilər heç vaxt Visa ilə bir brend və xidmət təchizatçısı kimi bu qədər sıx əlaqədə deyildilər. İndi Visa onlar üçün gündəlik həyatda və biznesdə daima yeni imkanlar yaradır və onları genişləndirir,” - Visa-nın Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika üzrə regional prezidenti Əndryu Torre qeyd edib.
Qeyd edilib ki, Tariq 20 ildən artıq bir müddətdə topladığı zəngin təcrübəni Visa-ya gətitir. Öncədən o, Yaxın Şərq – Afrika – Cənubi Asiya regionunda TikTok-un baş meneceri vəzifəsində çalışaraq, 9 regional ofisdə müvafiq komandalara rəhbərlik edib, kontent strategiyası, marketinq və tərəfdaşlıqların məharətli kombinasiyası vasitəsilə istifadəçilərin və mənfəətliliyin artmasına, platformanın uğurlu kommersiyalaşmasına nail olub.
Bundan əvvəl Tariq 10 il ərzində Google şirkətində müxtəlif vəzifələrdə, ən son regional marketinq direktoru vəzifəsində çalışıb, Avropa, Yaxın Şərq və Afrikanın inkişaf edən bazarlarda marketinq komandalarına rəhbərlik edib.
“Rəqəmsal ödəmələrdə dünya lideri və ən etibarlı brendlərdən biri olan Visa-ya qoşulmağıma çox sevinirəm, – Tariq təyin olunduqda söylədi. – Visa-nın məramını – ödəmələrin edilməsi və qəbulu üçün ən mükəmməl bir vasitəyə çevrilərək bütün insanların rifahına töhfə etmək – həyata keçirmək naminə işləmək imkanını səbirsizliklə gözləyirəm.”
Tariq Böyük Britaniyanın Şeffild biznes məktəbindən biznes inzabatçılığı magistri dərəcəsini, Beynəlxalq reklam assosiasiyasının əlavə təhsil diplomunu almazdan öncə Qahirədə Amerika universitetinin fərqləndirmə ilə bakalavr dərəcəsi ilə bitirib. Evlidir, iki övladı var. Mütaliə və səyahət etməyi xoşlayır, avtomobil idmanının həvəskarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
20 d. əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 59 d. əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 4 saat əvvəl
-
5 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti



























