Ziraat Bank Azərbaycan Google PayTM xidmətini Mastercard istifadəçiləri üçün də əlçatan etdi

(®) Xidmət keyfiyyətinin yüksəkliyinə önəm verən Ziraat Bank Azərbaycan, müştərilərinin rahatlığı üçün son texnoloji yenilikləri tətbiq etməyə davam edir.
Belə ki, Bank Google PayTM xidmətini Mastercard istifadəçiləri üçün aktiv etdi. Qeyd edək ki, daha öncə bu xidmət Ziraat Bank Azərbaycan tərəfindən VİSA kart sahibləri üçün aktiv edilmişdir. Artıq Bankın müştəriləri Ziraat Bank Azərbaycana məxsus istənilən kartı Google WalletTM-ə əlavə etməklə rəqəmsal ödəniş sistemini dəstəkləyən Android və WearOS əməliyyat sistemli cihazları ilə bu xidmətin üstünlüklərindən yararlana biləcəklər.
Qeyd edək ki, Google PayTM ticarət və xidmət obyektlərində, onlayn platformalarda sürətli və rahat ödəniş imkanı yaradan kartsız ödəniş üsuludur. Xidməti kartlarda aktivləşdirmək çox asandır. Bunun üçün ağıllı telefona Google Wallet™ tətbiqinin yüklənməsi, tətbiqdəki addımların izlənməsi ilə banka məxsus ödəniş kartların əlavə edilməsi və əsas ödəmə mənbəyi kimi seçilməsi kifayətdir. Kart tətbiqə əlavə edildiyi andan etibarən ödəniş ağıllı telefon və ya ağıllı saat ilə asanlıqla icra edilə bilər.
Ziraat Bank Azərbaycana məxsus ödəniş kartı olmayan şəxslər, aşağıdakı link vasitəsi ilə kart sifarişlərini onlayn olaraq icra edə bilərlər. Link: https://ziraatbank.az/az/onlayn-bank-kart-sifarisi. Qeyd edək ki, kart sifarişini həmçinin bankın istənilən filialına tək şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq da icra etmək mümkündür. Ziraat Bank Azərbaycan tərəfindən ödəniş kartları AZN , TRY, USD və EUR valyutalarında təqdim edilir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
10 d. əvvəl
“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub
-
31 d. əvvəl
110 000 km-dən çox sürülmüş BYD - ÖZÜNÜ NECƏ GÖSTƏRİR? - VİDEO
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
12 saat əvvəl
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub

110 000 km-dən çox sürülmüş BYD - ÖZÜNÜ NECƏ GÖSTƏRİR? - VİDEO

OPEC+ gündəlik neft hasilatını 137 min barel artıracaq

Qızıl daha da bahalaşdı, qiyməti 4 min dollara yaxınlaşdı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

Bakı Fond Birjasının dövriyyəsi 37,5% artıb

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
