Birjalarda qarışıq tendensiya - GÜNƏ BAXIŞ
ABŞ-da borc limiti və pul-kredit siyasəti ilə bağlı davam edən qeyri-müəyyənliklər fonunda çərşənbə axşamı birjalarda qarışıq tendensiya müşahidə olunub. Günün əvvəlində Avrozona və İngiltərədən gəlin zəif iqtisadi göstəricilər səbəbilə avro və funt-sterlinq ucuzlaşsa da, ABŞ-da proqnozların altında dərc olunan makroiqtisadi göstəricilər fonunda Amerika sessiyasında dollar bir qədər dəyər itirdi.
Son günlər birjalarda diqqət mərkəzində olan əsas məqam ABŞ prezidenti Co Bayden və Konqres liderləri arasında borc limiti ilə bağlı aparılan müzakirələrin nəticələridir.
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin MakKarti Ağ Evdə dünən baş tutmuş görüşdən sonra verdiyi açıqlamada həftənin sonuna qədər razılığa gəlməyin mümkün olduğunu, bunun o qədər də çətin olmadığını bildirib.
Senatda azlıqların lideri Miç MakKonnell də defoltun olmayacağına əmin olduqlarını vurğulayıb. Senat çoxluğunun lideri Çak Şumer borc limiti ilə bağlı razılaşmaya daha yaxın olduqlarını bildirib.
Digər tərəfdən, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) rəsmilərinin monetar siyasətin gələcəyi ilə bağlı bəyanatları da investorlar tərəfindən diqqətlə izlənilir.
Riçmond FED sədri Tomas Barkin inflyasiyanın nəzarət altında olduğuna hələ də əmin olmadığını və zərurət olarsa, faiz dərəcələrinin daha da artırılmasını dəstəkləyəcəyini bildirib.
Nyu-York FED prezidenti Con Uilyams da inflyasiyanın qəbuledilməz dərəcədə yüksək olduğunu qeyd edib. İqtisadiyyatın daha normal səviyyələrə qayıtmağa başladığına diqqət çəkən Uilyams, tələb və təklifin yenidən balanslaşdırılmağa başladığını bildirib. İnflyasiyanın yavaş-yavaş doğru istiqamətə getdiyini bildirən Con Uilyams FED-in qərarlarının iqtisadiyyata təsir göstərməsinin zaman alacağını qeyd etdi.
Çikaqo FED sədri Oustan Qulsbi, iyun toplantısı üçün heç bir qərar vermədiyini ifadə edərək, faiz endirimlərini müzakirə etmək üçün hələ tez olduğunu bildirib.
Makroiqtisadi məlumatlar tərəfində, ABŞ-da pərakəndə satışlar aprel ayında aylıq müqayisədə 0.4% artıb ki, bu da proqnozlaşdırılandan daha aşağı göstəricidir.
Aprel ayında ölkədə sənaye istehsalın həcmi isə aylıq müqayisədə 0.5% artaraq ehtimalları üstələyib.
Bu gün isə Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri və İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı birjaların investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
17 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
24 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
53 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
1 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir







.jpg)


















.jpg)
