Expressbank bu göstərici üzrə birinci olmaqda davam edir

“ExpressBank” ASC 2017-ci ilin ikinci rübüünü 1 milyon 780 min manat mənfəətlə başa vurub.
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, cari ilin 1-ci rübündə 2 milyon 636 min manat olmuş xalis mənfəət, ikinci rübün yekunuda 1 milyon 780 min manata düşüb.
Bank cari ilin yanvar-iyun aylarındakı 12 miyon 947 min manatlıq faiz gəlirinin 952 min manatını ehtiyatlara ayırıb. Bank eyni zamanda 7 milyon 386 min manat qeyri-faiz gəliri əldə edib.
Ehtiyatlara ayırmalar, faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra “ExpressBank”ın 13 milyon 737 min manat əməliyyat mənfəəti qalıb. Lakin 11 milyon 983 min manatlıq ümumi və inzibati xərclər mənfəətin böyük hissəsini silib.
Məlumat üçün bildirək ki, bank 2016-cı ili 439 min manat mənfəətlə başa vurmuşdu.
2016-cı ilin sonundan Bankın aktivləri 2,4% və ya 6 milyon 737 min manat azalaraq 2017-ci ilin ikinci rübündə 280 milyon manata bərabər olmuşdur. Azalmanın əsas səbəbləri aşağıdakılardır:
-Bir neçə iri kreditlərdə ödənişlərin nəticəsi olaraq 2017-ci ilin ikinci rübünün sonuna kredit portfeli 168 milyon manat təşkil etmişdir.
-Bundan əlavə, bankda izafi likvidliyin mövcudluğu və maliyyə səmərəliliyin qorunması məqsədilə bankların və digər maliyyə institutlarının depozitləri geri qaytarılmışdır. Nəticədə, bankın öhdəlikləri 2017-ci ilin ikinci rübündə 9 milyon 216 min manat azalmışdır.
Bankın kapitalı ilin əvvəlindən 1% və ya 1 milyon 649 min manat artaraq 2017-ci ilin ikinci rübün sonuna 143 milyon 681 min manata çatmışdır.
41.9% (min. tələb 10%) məcmu kapitalın adekvatlıq dərəcəsi ilə "Expressbank" bu göstərici üzrə banklar arasında birinci olmaqda davam edir. Bundan əlavə, ani likvidlik əmsalı 80.4% (min. tələb 30%), Leverec əmsalı isə 46.4% təşkil edib (min. tələb 5%).
Daha ətraflı: https://www.expressbank.az/assets/files/Presentation-for-website.pdf
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
13 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
