SOCAR-ın strateji rəhbərləri üçün inkişaf proqramı üzrə təlimlər keçirilib
(®) Bakı Ali Neft Məktəbinin (BANM) və Türkiyənin ən qabaqcıl universitetlərindən biri olan Boğaziçi Universitetinin birgə təşkilatçılığı ilə SOCAR-ın strateji rəhbərləri üçün “Liderlik Akademiyası” konsepsiyası çərçivəsində yeni çağırışlara uyğun olaraq vahid liderlik yanaşmalarının, habelə ortaq idarəetmə dəyərlərinin və mədəniyyətinin formalaşdırılması məqsədilə inkişaf proqramı tərtib edilib.
Proqram SOCAR və onun strukturuna daxil olan bir sıra müəssisələrin 100-dən çox strateji rəhbərini əhatə edir və Boğaziçi Universitetinin təlimçiləri tərəfindən təqdim edilən 5 modul üzrə silsilə təlimlərdən ibarətdir.
“Liderlik Akademiyası” konsepsiyası çərçivəsində strateji rəhbərlər üçün inkişaf proqramının ilk modulu üzrə 13 aprel 2023-cü il tarixində start verilən təlimlər 4 may 2023-cü il tarixində uğurla başa çatıb.
SOCAR-ın yeni korporativ strategiyası çərçivəsində müxtəlif istiqamətlərdə transformasiya layihələrinə start verməsi şirkətin dəyərlərinin və korporativ idarəetmə mədəniyyətinin də davamlı inkişafını zəruri edir.
Sözügedən inkişaf proqramı şirkətin strateji rəhbərləri üçün idarəetmə sahəsində yeni bilik, bacarıq və ən müasir idarəetmə mexanizmlərini təmin edərək müxtəlif mövzularda müzakirələrin aparılması və təcrübələrin paylaşılması, bu istiqamətdə SOCAR-da yeni uğurlu idarəetmə modelinin və brendinin gücləndirilməsini hədəfləyir.
Təlimlər 2023-cü ilin sonuna qədər davam edəcək və proqramı uğurla bitirən iştirakçılara BANM-in və Boğaziçi Universitetinin birgə “Master” sertifikatı təqdim olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)







.jpg)









