Leobank ilə bağlı bəzi rəqəmlər və planlar açıqlandı - 1 MİLYONDAN ÇOX MÜŞTƏRİ...

Bir milyondan çox vətəndaşımız artıq Leobank-ın müştərisidir.
Bu barədə Marja-ya “Unibank”dan bildirilib.
Bankdan həmçinin Leobank mobil bankçılıq xidməti ilə bağlı bəzi rəqəmlər və gələcək planlar barəsində məlumatlar verilib.
Belə ki, Leobank, 2021-ci ilin sonunda fəaliyyətə başlayıb. Leo müştəriləri ümumilikdə 12 milyard manatdan çox ödəniş, 200 milyondan çox əməliyyat həyata keçiriblər. Leo kartları üzrə kredit portfeli 200 milyon manatdan çox təşkil edib.
"Leobank bu il artıq sabit mənfəət əldə edib", - “Unibank”ın məlumatında deyilir. "Lakin biz müştərilərimizi demək olar ki, hər həftə təəccübləndirmək və sevindirmək üçün yeni məhsullarımızı və xidmətlərimizi təqdim etməyi planlaşdırırıq".
Son bir neçə ay ərzində Leobank, müştərilərinə səhm və kriptovalyuta sərmayə xidməti, abunə idarəetməsi (birbaşa Leo tətbiqində karta bağlı olan servisləri dayandırmaq imkanı), partnyor mağazalarda hissə-hissə ödəniş, partnyorlarda cashback qazanmaq imkanı və digər xidmətləri təqdim edib.
Leobank bir milyon müştəri ilə kifayətlənməyi planlaşdırmır.
“Unibank”dan bildirilib ki, “Leobank Bakıda böyük populyarlıq qazanıb, lakin paytaxtdan kənarda müştəriləri cəlb etmək üçün hələ çox işlər görülməlidir”.
Bank rəhbərliyinin fikrincə, yaxın gələcəkdə “Leobank” bir sıra yeni məhsul və xidmətlər təqdim edəcək. Xüsusən də pullarını toplamaq istəyən müştərilər üçün rahat və sərfəli təkliflər olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
-
7 d. əvvəl
“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub
-
28 d. əvvəl
110 000 km-dən çox sürülmüş BYD - ÖZÜNÜ NECƏ GÖSTƏRİR? - VİDEO
- 46 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
12 saat əvvəl
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub

110 000 km-dən çox sürülmüş BYD - ÖZÜNÜ NECƏ GÖSTƏRİR? - VİDEO

OPEC+ gündəlik neft hasilatını 137 min barel artıracaq

Qızıl daha da bahalaşdı, qiyməti 4 min dollara yaxınlaşdı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

Bakı Fond Birjasının dövriyyəsi 37,5% artıb

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
