Bayden təsdiq edir ki, ABŞ-da mümkün defolt fəlakətli nəticələrə səbəb ola bilər
Milli borc tavanının artırılması ilə bağlı danışıqlar uğursuz olarsa, potensial defolt ölkə iqtisadiyyatı üçün dağıdıcı olar.Bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.ABŞ-ın federal borcunun potensial defoltu fəlakətli (dağıdıcı) olar.
Marja xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ prezidenti Co Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ondan Nümayəndələr Palatasının sədri Kevin Makkartinin (Kaliforniya ştatından respublikaçı) ölkədə defolt ehtimalını etiraf edən sözlərinə münasibət bildirməsi istənilib.
"Spiker MakKartinin nə düşündüyünü bilmirəm. Düşünürəm ki, o, daha yaxşı bilir. Düşünürəm ki, o, defoltun fəlakətli olacağını bilir",- deyib
Vaşinqton administrasiyasının rəsmiləri dəfələrlə potensial defoltun fəlakətli olacağını bildiriblər. Belə ki, ABŞ-ın maliyyə naziri Canet Yellen müsahibəsində daim vurğulayır ki, Konqresin dövlət borcunun tavanını qaldırmaqdan imtina etməsi iqtisadi və maliyyə fəlakətinə - defolta gətirib çıxaracaq.
ABŞ-ın dövlət borcu
ABŞ prezidenti Co Baydenin administrasiyası bu yaxınlarda Konqresi qanuni olaraq 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş milli borc tavanını artırmağa çağırıb. Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar Partiyası ənənəvi olaraq borc limitinin artırılmasına şübhə ilə yanaşır və dövlət xərclərinin azaldılmasının tərəfdarıdır.
Yanvar ayında ABŞ Maliyyə Nazirliyi defoltdan qaçmaq üçün borclanma limitinə çatılması ilə bağlı fövqəladə tədbirlər tətbiq etməyə başlayıb. Söhbət tarixə salına bilən büdcə xərclərindən gedir.
İlk dəfə 1917-ci ildə Konqres tərəfindən qəbul edilən tavan, ölkənin borcunun müəyyən bir səviyyəsinə və ya müəyyən bir tarixə çatdıqdan sonra, Xəzinədarlığın dövlət fəaliyyətini maliyyələşdirmək üçün yeni dövlət istiqrazları buraxmasına mane olur. Limitin aşılması o deməkdir ki, federal hökumətin bir çox adi büdcə ödənişlərini həyata keçirmək, o cümlədən müxtəlif sosial xərcləri ödəmək imkanları təhlükə altındadır. Bundan əlavə, dövlətin borcları və artıq qəbul edilmiş öhdəliklər üzrə faizləri ödəmək qabiliyyəti ciddi şəkildə pozula bilər.
Defolt (Default) - Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 1 d. əvvəl
-
- 7 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
3 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
3 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Qərb Sənaye Parkı yaradılıb - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı





















