“Azərbaycan Dəmir Yolları” QSC-də işə qəbul prosesləri optimallaşdırılır
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yeni inkişaf strategiyasına uyğun olaraq proseslərin səmərəli təşkil olunması və avtomatlaşdırılması ilə əlaqədar dəmir yollarının ehtiyacları, işçi heyətinə olan real təlabat və kadr potensialının inkişaf perspektivləri yenidən dəyərləndirilməkdədir. Hazırda vakansiyaların əsasən daxili kadr ehtiyatı hesabına komplektləşdirilməsi, işə qəbul prosesinin tam avtomatlaşdırılması, eyni zamanda daxili və xarici təlimlər vasitəsilə əməkdaşların bilik və bacarıqlarının əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülməkdədir.
Marja xəbər verir ki, bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, ADY-də işə qəbul Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla Cəmiyyətin müvafiq sahədə daxili sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə prosesi müraciətlərin ilkin seçimi, namizədlərin test imtahanlarında iştirakı və müsahibə olmaqla 3 mərhələdən ibarətdir.
ADY-də avtomatlaşdırılmış işə qəbul sisteminin tətbiqində məqsəd müsabiqələrdə şəffaflığı və obyektivliyi təmin etməkdir. Belə ki, ilkin seçim mərhələsində namizədlərin göstəricilərinin vakansiyanın tələblərinə uyğunluğu sistem tərəfindən insan müdaxiləsi olmadan tam avtomatik şəkildə həyata keçirilir. Müsabiqə prosesi dövründə məlumat mübadiləsini operativ təmin etmək məqsədilə namizədlərə “sms” bildirişlər göndərilir. Test imtahanı mərhələsində isə imtahan nəticələri dərhal ekranda əks olunmaqla yanaşı namizədlərin birbaşa elektron poçt ünvanlarına da göndərilir.
Test mərhələsi Bakı şəhərində ADY-nin Test Mərkəzində, regionlarda isə qurumun müvafiq inzibati binalarında daşına bilən elektron cihazlar vasitəsilə həyata keçirilir. Müsahibə mərhələsində iştirak edən namizədlər müvafiq meyarlar əsasında qiymətləndirilir və proses video qeydiyyata alınır.
Əməliyyatların fasiləsizliyinin təmin edilməsi və vakansiyaların təcili komplektləşdirilməsi məqsədilə ADY-də daxili və xarici Kadr Ehtiyat Bazaları (KEB) yaradılmışdır. Müvafiq vakansiya üzrə müsahibəni uğurla keçən və ən yüksək bal toplayan namizədə iş təklifi olunur, daha az bal toplayan, lakin keçid balını toplayan namizəd(lər) isə KEB-ə daxil edilir. Müvafiq vakansiya yarandığı təqdirdə öncə daxili kadr ehtiyatı bazasına müraciət olunur, vakansiya(lar) komplektləşdirilə bilinmədiyi təqdirdə xarici kadr ehtiyatı bazasına müraciət edilir.
Qeyd edək ki, 2023-cü ilin I rübünə əsasən ADY-də elektrik və hərəkət tərkibinin idarəedilməsi sahələri üzrə vakansiyalara daha çox ehtiyac yaranmışdır.
Dövlət Məşğulluq Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində 89 nəfər işsiz vətəndaş ADY-də təşkil edilmiş kurslara cəlb olunmuşdur. Onlardan 34 nəfəri hazırda ADY-nin müxtəlif strukturlarında çalışmaqdadır.
Ali və peşə təhsili müəssisələri ilə əməkdaşlıq çərçivəsində 2023-cü ilin I rübündə 67 ali və 25 peşə təhsilli gənclər ADY-nin işçi heyəti sıralarına qoşulmuşdur.
ADY rəhbərliyi tərəfindən korporativ sosial məsuliyyət proqramı çərçivəsində müharibə iştirakçıları, qazilər və şəhid ailələrinə daim xüsusi həssaslıqla yanaşılır. Belə ki, hazırda Cəmiyyətdə 53 şəhid ailəsinin üzvü, I və II Qarabağ müharibələrinin 829 iştirakçısı çalışmaqdadır.
ADY-də yaranan vakansiyaları mütəmadi olaraq www.career.ady.az saytından və korporativ sosial şəbəkələrindən izləmək, yaranmış suallarla bağlı isə (99412) 499 65 40 nömrəsinə və ya [email protected] elektron ünvanına müraciət göndərmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 6 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb






















