Zəngilanda 30 min ağacdan ibarət meşənin salınması yekunlaşdı
Zəngilanda 30 min ağacdan ibarət meşə massivinin bərpası, eyni zamanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ərazidə ağacəkmə aksiyasının keçirilməsi münasibəti ilə Zəngilan rayonuna səfər təşkil olunub.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə baş tutan səfərdə meşənin salınmasını dəstəkləyən Fondun 20-dən artıq donor və tərəfdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk olaraq səfər iştirakçılarına Qarabağ Dirçəliş Fondunun maliyyə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə “EkoSfera” Sosial-Ekoloji Mərkəzi İctimai Birliyi tərəfindən meşə massivinin salınması layihəsi ilə bağlı məlumat verilib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, erməni işğalı nəticəsində Qarabağın tək şəhər və kəndlərinə deyil, onun ekologiyasına - meşə örtüyünə, biomüxtəlifliyinə, su ehtiyatlarına külli miqdarda ziyan vurulub. Qarabağ Dirçəliş Fondu bu problemin əhəmiyyətini və miqyasını dərk edərək işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasını prioritet istiqamətlərindən biri kimi müəyyən edib.
Məlumat verilib ki, Qarabağ Dirçəliş Fondu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə ətraf mühitə vurulmuş zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpası məqsədilə Anlaşma Memorandumu imzalayıblar. Memoranduma uyğun olaraq 17 dekabr 2021-ci il tarixində “Zəfərdən dirçəlişə” layihəsi çərçivəsində Zəngilanda meşə massivinin salınması layihəsinə start verilib.
Layihənin reallaşmasında donor şirkətlərin dəstəyini xüsusi qeyd edən Rəhman Hacıyevin sözlərinə görə, layihəyə uyğun olaraq Zəngilan şəhərinin girişində, 30 hektar ərazidə 30 min ağacın - əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, Qlediçiya və Şərq çinarı ağaclarının əkilməsi həyata keçirilib.
Dayanıqlı meşə massivinin salınması məqsədilə ərazidə görülən bütün işlər meşəbərpa tələblərinə uyğun formada aparılıb. Enerji təminatı və suvarma sistemi qurulub, ağaclar əkilən əraziyə müntəzəm nəzarət təmin edilib.
Meşə massivinin salındığı ərazi ziyarət olunub, layihə çərçivəsində görülən işlərə əyani baxış keçirilib.
Sonra səfər iştirakçıları Zəngilan şəhərinə gedərək erməni vandallarının şəhərdə törətdikləri dağıntılarla, eləcə də burada aparılan irimiqyaslı bərpa və yenidənqurma işləri ilə tanış olublar.
Daha sonra Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olan səfər iştirakçıları Ağalı kəndində olublar. Onlara kənddə yaradılan şəraitlə bağlı geniş məlumat verilib.
Zəngilanda meşə massivinin salınması layihəsinin yekunlaşmasından sonra Qarabağ Dirçəliş Fondu işğaldan azad olunan digər ərazilərimizdə də yaşıllaşdırma layihələrinə start verəcək.
Bununla bağlı yaxın gələcəkdə ictimaiyyətə məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
7 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
13 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























