NIKOIL | Bank “Zolotaya Korona” şöbəsini açdı

NIKOIL | Bank “Zolotaya Korona” sistemi ilə beynəlxalq pul köçürmələrini həyata keçirən müştəriləri üçün yeni – “Tarif 0%” təklifini elan edir.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, bu məqsədlə Puşkin küçəsi 30 ünvanında yerləşən, 09:00-dan 21:00-ə qədər fəaliyyət göstərəcək xüsusi şöbə açılıb.
"Bundan sonra, yaxın və uzaq xarici ölkələrə milli valyutada köçürmələrin edilməsinə və rubl, ABŞ dolları və ya türk lirası ilə alınmasına görə komissiya tutulmayacaq. Göndərən şəxs üçün manatın uyğun valyutaların birinə konvertasiyası əlverişli məzənnə ilə həyata keçirilir",- Bankın məlumatında deyilir.
“Zolotaya Korona” pul köçürmələri dərhal aparılır. Pulun göndərilməsi və alınması üçün hesabın açılması tələb olunmur. “Zolotaya Korona – Pul köçürmələri” servisi xidmətinin infrastrukturu MDB və uzaq xarici ölkələrdə olan 49 mindən artıq məntəqələrdən ibarətdir.
NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
10 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
