Dollar bahalaşır, qızıl və avro ucuzlaşır
Bazar ertəsi dollar avro və yen qarşısında bahalaşır.
Marja xəbər verir ki, investorlar ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) baza faiz dərəcəsinin daha da artacağını gözləyirlər.
Bakı vaxtı ilə saat 22.42-yə olan məlumata görə, avro/dollar məzənnəsi 0,6% düşərək 1,0927 dollara geriləyib. Dollar/yen məzənnəsi 133,77 yendən 134,53 yenə yüksəlib. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnəsi) 0,63% artaraq 102,19 bənd təşkil edib.
Valyuta investorları və analitiklər ABŞ Mərkəzi Bankının gələcək pul siyasətinin mümkün kursunu qiymətləndirərək, mərkəzi bankın onu sərtləşdirməyə davam edəcəyinə inanırlar.
ABŞ Federal Ehtiyat Sisteminin növbəti iclası mayın 2-3-də keçiriləcək. CME Group tərəfindən sorğuda iştirak edən analitiklərin təxminən 87%-i tənzimləyicinin faizlərini 0,25 faiz bəndi artırılaraq 5-5,25%-ə çatdırılacağını gözləyir.
Qızıl ABŞ dövlət istiqrazları üzrə gəlirlərin artması və dolların möhkəmlənməsi fonunda ucuzlaşır. Nyu-Yorkun Comex birjasında qızılın iyun fyuçerslərinin qiyməti 0,40% azalaraq unsiyası 1996 dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
23 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
55 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub





















