Avro və qızıl bahalaşa bilər - Birjalarda son vəziyyət
Ötən həftə Amerikada proqnozların altında dərc olunan inflyasiya göstəriciləri və "FOMC"-un son toplantısının protokollarından sonra maliyyə sektorundakı son qarışıqlıq fonunda bu ilin sonunda resessiyanın yaşanacağı ehtimalların daha da güclənməsini təsdiqləməsinə baxmayaraq, əksər investorlar FED-in mayın 3-də keçiriləcək iclasında faiz dərəcələrini əlavə 0.25% artıracağını düşünür.
Qarşıdakı bir neçə gün ərzində FED-in iclası ərəfəsində ənənəvi sükut dövrünə girməzdən əvvəl Nyu-York FED-in prezidenti Con Uilyams, İcraçı direktorlar Mişel Bouman, Kristofer Uoller və Liza Kuk da daxil olmaqla bir neçə FED rəsmisinin çıxışı investorlarının diqqət mərkəzində olacaq.
Həftə ərzində həmçinin ABŞ-da, İngiltərədə, Avrozonada və Almaniyada dərc olunacaq Sənaye və Xidmət Sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri də izləniləcək vacib iqtisadi göstəricilər arasında yer alır.
EUR
Bu həftə Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri, Avropa Mərkəzi Bankının son toplantısını protokolları, AMB sədri Kristin Laqardın çıxışı EURUSD məzənəsində tendensiyanın formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Təhlillərə əsasən EUR/USD məzənnəsində qiymət 1.09$ üzərində qaldığı müddətcə, avro dollar qarşısında 1.12$ hədlərinə qədər bahalaşa bilər.
GBP
Ötən həftəni 1.24$ səviyyəsinin üzərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq inflyasiya səviyyəsi, pərakəndə satış dövriyyəsinin həcmi və əmək bazarına dair göstəricilər ciddi təsir edə bilər.
Mart inflyasiya məlumatları İngiltərə Mərkəzi Bankının rəsmilərinin gələn ay keçiriləcək bank toplantısında faiz dərəcələrini əlavə 0.25% artırıb artırmayacağını müəyyən edə bilər.
GOLD
Amerikada ardıcıl olaraq zəif açıqlanan iqtisadi göstəricilər fonunda 2031$-a kimi bahalaşan qızılın unsiya üzrə qiyməti həftəsonuna doğru bir qədər geriləyərək ötən həftəni 2004$ səviyyəsində başa vurdu.
Təhlillərə əsasən bu həftə açıqlanacaq önəmli iqtisadi göstəricilər qiymətli metalın qiymətlərində də ciddi dalğalanmalar yarada bilər. Qızılın bir unsiya üzrə dəyəri 2010$ həddinin üzərində möhkəmlənə bilsə, 2025$-a və 2032$-a kimi bahalaşa bilər.
Təhlil İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)







