Azərbaycan və Qazaxıstan prezidentləri Astana Beynəlxalq Maliyyə Mərkəzində olublar
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astana Beynəlxalq Maliyyə Mərkəzində olublar.
Mərkəzin rəhbəri Renat Bekturov investisiyaların cəlb edilməsi və regional təşəbbüslərin dəstəklənməsi üçün Maliyyə Mərkəzinin potensialı, o cümlədən burada Azərbaycan layihələrinə beynəlxalq investorlarda maraq yaratmaq və sərmayələrin strukturlaşdırılması imkanları barədə dövlət başçılarına məlumat verdi.
Diqqətə çatdırıldı ki, Astana Beynəlxalq Maliyyə Mərkəzi 2018-ci ildə fəaliyyətə başlayıb. Onun əsas funksiyaları Qazaxıstan iqtisadiyyatına investisiyaların cəlb olunmasına kömək göstərilməsi, ölkənin maliyyə sahəsinin, o cümlədən fond bazarının inkişaf etdirilməsi və beynəlxalq kapital bazarlarına inteqrasiya olunmasıdır.
2023-cü il martın sonunda Mərkəz vasitəsilə cəlb olunan investisiyaların həcmi 8,1 milyard ABŞ dolları təşkil edib. Onun yurisdiksiyasında 73 ölkədən 1800-dən çox şirkət qeydə alınıb. Maliyyə Mərkəzinin vergi rejiminin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının vergi şəffaflığı qlobal standartlarına uyğun olduğu təsdiq edilib.
Mərkəzin nəzdində fəaliyyət göstərən “Astana International Exchange” (AIX) birjası portfel investisiyalarının cəlb olunması üzrə səmərəli platformaya çevrilib, Qazaxıstanda yaşıl və dayanıqlı maliyyələşdirmə sahəsində regional liderlik strategiyasının həyata keçirilməsi üzrə fəal iş aparan “Yaşıl” maliyyə mərkəzi, startap ekosistemi, təşəbbüs bazarı, elektron ticarət, korporativ innovasiyalar və yeni texnoloji istiqamətlərin inkişafına yardım etməyə cavabdeh olan “Tex Hub”a malikdir. Hazırda Maliyyə Mərkəzinin yurisdiksiyasında dünyanın 300 texnoloji, İKT və finteks şirkətləri, o cümlədən “Amazon Data Services Kazakhstan”, “Minebest”, “Bitfury”, “OneWeb”, “Binance” və digər qlobal şirkətlər qeydiyyata alınıb.
Prezident İlham Əliyev sərmayədarların sərbəst fəaliyyəti üçün etibarlı və münbit investisiya mühitinin əhəmiyyətini xüsusi vurğuladı. Orta Dəhlizlə bağlı müzakirələrin aparıldığını qeyd edən dövlətimizin başçısı bildirdi ki, bu dəhliz təkcə tranzit imkanlarının genişləndirilməsi baxımından deyil, müxtəlif sahələrdə biznesin inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti Qazaxıstan ilə birgə istehsalatların yaradılması və investisiya layihələrinin reallaşdırılması üçün nümayəndə heyətlərinin səfərlərinin önəmini qeyd etdi. “Biz bir çox hallarda paralel kursla hərəkət edirik və Orta Dəhliz vasitəsilə artıq bütün infrastrukturları tam birləşdiririk”, - deyən Prezident İlham Əliyev Qazaxıstanın işgüzar dairələrinin nümayəndələrini ölkəmizə səfərə dəvət etdi.
Sonda Prezident İlham Əliyev Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
4 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)







.jpg)



.jpg)








