PAŞA Bank biznes üçün unikal kart təqdim etdi
Ölkənin aparıcı korporativ bankı - PAŞA Bank iş adamlarını dəstəkləmək məqsədi ilə bazara unikal kart məhsulu təqdim edir – Tacir Kart. Bu barədə "Marja"ya Bankdan bildirilib.
Tacir Kart ticari prosesdə iştirak edən hər iki tərəf üçün faydalıdır: hazırda malların satışı ilə məşğul olan pərakəndə satış obyektlərinin sahibləri malları ünvanlı çatdırılma həyata keçirən iri distributorlardan alır. Sahibkarın aldığı malların ödənişləri nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilir. PAŞA Bank Tacir Kart istifadəçiləri üçün unikal şəbəkə yaratmaqla, tərəflər arasında ticari əlaqələrin genişlənməsini və operativliyini təmin edir.
Tacir Kartın "PAŞA POS" terminalı ilə istifadəsinin distribyutor üçün ən önəmli üstünlüklərindən biri 18% ƏDV-nin avtomatik hesablanması ilə yanaşı həmin məbləğin avtomatik çıxarılaraq sahibkarın adından vergi depoziti hesabına göndərilməsi imkanıdır. Nağdsız ödənişlərin qəbulunu POS-terminal ilə təchiz olunmuş ekspeditorlar özləri həyata keçirir.
Sahibkarüçün bu kart avtomatlaşdırılmış bir ödəmə imkanı yaradılır ki, bu da onların öz işlərini nağdsız şəkildə, daha çevik və operativ olaraq həll etməyə zəmin yaradır.
PAŞA Bankın Baş kommersiya İnzibatçısı Melih Mengünün sözlərinə görə, Bank, məhsul və xidmətləri işləyib hazırlayarkən, əsas meyar olaraq müştərilərinin biznes ehtiyaclarını rəhbər tutur.
“Əminik ki, Tacir Kartın istifadəsi PAŞA Bankın müştəriləri qarşısında geniş imkanlar açıb, onlara bizneslərin rəqabət üstünlüklərindən faydalanmağa yardım edəcək" - deyə, M. Mengü yekunlaşdırdı.
Tacir Kartdan istifadənin əsas üstünlükləri:
Sahibkarlar üçün:
-Ən qısa müddətdə nağd ödənişlərdən qeyri-nağd ödənişlərə keçid
-Hesabatlılığın asanlaşması
-Kartın kredit xəttindən faydalanmaq imkanı
-Hər Distribyutor üzrə müxtəlif limitlərin müəyyən olunması
Distribyutor şirkətlər üçün:
-Pul dövriyyəsinin nağdsız formaya keçməsi
-Şirkətin pul dövriyyəsinin effektiv idarə edilməsi
-Mobil POS terminal vasitəsi ilə ödənişlərin qəbulu
-Nağd vəsaitin qəbulu ilə əlaqəli risklərin azalması
-Vəsaitin həmin gün hesaba köçürülməsi
-İnkassasiya xidmətinə ehtiyacın olmaması
-Hesabatlılığın asanlaşması
-Sahibkarlara fərdi kredit limitlərinin müəyyən edilməsi.
PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 400 çox əməkdaş çalışır.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
8 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub























.jpg)

