Taxıl dəyirmanları və anbarlarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, tədbirlər çərçivəsində cari ilin fevral və mart aylarında ölkə ərazisində fəaliyyət göstərən dəyirmanlarda və elevatorlu anbarlarda saxlanılan yerli istehsal olan taxıl (buğda) məhsullarının fitosanitar və qida təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilib.
Monitorinqlər zamanı Agentlik əməkdaşları tərəfindən ümumilikdə 31 taxıl nümunəsi götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına müayinələrin aparılması üçün təqdim edilib.
Sevindirici haldır ki, sınaq nəticələrinə əsasən, qida təhlükəsizliyi baxımından nümunələrdə uyğunsuzluq aşkar olunmayıb. Yalnız fitosanitar baxımından 4 nümunədə karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb ki, bunların da taxıl məhsullarının istehlakı ilə bağlı təhlükəsizliyinə mənfi təsiri yoxdur.
Aparılan monitorinqlərin nəticələrinə əsasən, AQTA yerli taxıl istehsalçılarına qida təhlükəsizliyi tələblərinə əməl etdiklərinə görə minnətdarlığını bildirir.
Fitosanitar baxış keçirilən taxıl dəyirmanları və elevatorlu anbarlar barədə aşağıdakı cədvəl vasitəsilə məlumat ala bilərsiniz:
№ | Müəssisənin adı | Fəaliyyət ünvanı | Laborator nəticələr | ||
Karantin tətbiq edilən zərərvericilər | Təhlükəsizlik göstəriciləri | ||||
Mikotoksinlər (Aflatoksin, Oxratoksin, Zearalenon) | Ağır metallar (Qurğuşun, Kadmium) | ||||
1 | "Qarabağ Un" MMC | Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 59 | aşkarlanmayıb | uyğundur | uyğundur |
2 | "Taxıl Agro" MMC | Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəs., S.Allahverdiyev küçəsi 300 | aşkarlanmayıb | uyğundur | uyğundur |
3 | "AvroMAK" MMC | Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 13 | aşkarlanmayıb | uyğundur | uyğundur |
4 | "MKT İK" MMC | Cəlilabad rayonu, Qarazəncir kəndi | aşkarlanmayıb | uyğundur | uyğundur |
5 | f/ş Səfərov Hüseyn Qürbət oğlu | Cəlilabad rayonu, Gülməmmədli kəndi | aşkarlanmayıb | uyğundur | uyğundur |
6 | "Alılı" Fermer Kəndli Təsərrüfatı | Cəlilabad rayonu, | aşkarlanmayıb | uyğundur | uyğundur |
7 | f/ş Abdullayev Cavid Səhrab oğlu | Kürdəmir rayonu, Qarasaqqal kəndi | aşkarlanmayıb | uyğundur | uyğundur |
8 | "Kraun KO-R" MMC | İmişli rayonu, | aşkarlanmayıb | uyğundur | uyğundur |
9 | "Az Aqro Taxıl" MMC | Ağcabədi rayonu, | Acroption repens(L) DC (Sürünən kəkrə) aşkar edilib | uyğundur | uyğundur |
10 | "Orxan" | Ağdam rayonu, "Ergi" yaşayış məntəqəsi | aşkarlanmayıb | uyğundur | uyğundur |
11 | f/ş Haqverdiyeva Rima | Ağdam rayonu, Rzalar kəndi | Acroptilon repens (L) DC. (Sürünən kəkrə) aşkar edilib | uyğundur | uyğundur |
12 | f/ş Kazımov Tofiq | Bərdə rayonu, Şirvalı kəndi | Acroptilon repens (L) DC. (Sürünən kəkrə) aşkar edilib | uyğundur | uyğundur |
13 | f/ş Ziyadov İkram | Bərdə rayonu, Qazaxlar kəndi | aşkarlanmayıb | uyğundur | uyğundur |
14 | Qarabağ Çörək Zavodu | Bərdə rayonu, Bərdə şəhəri | aşkarlanmayıb | uyğundur | uyğundur |
15 | f/ş İbayev Tahir | Ağdam rayonu, Təzəkənd kəndi | Acroptilon repens (L) DC. (Sürünən kəkrə) aşkar edilib | uyğundur | uyğundur |
16 | "AGRO Dairy" MMC | Hacıqabul rayonu, Muğan kəndi | aşkarlanmayıb | uyğundur | uyğundur |
17 | f/ş Cəfərov Bəylər | Hacıqabul rayonu, | aşkarlanmayıb | uyğundur | uyğundur |
18 | f/ş Əcəmov Etibar | Biləsuvar rayonu, Ağalıkənd kəndi | aşkarlanmayıb | uyğundur | uyğundur |
19 | "Ulu Aqro" MMC | Qax rayonu, Qaxbaş kəndi | aşkarlanmayıb | uyğundur | uyğundur |
20 | f/ş Süleymanov Emin | Şəki şəhəri | aşkarlanmayıb | uyğundur | uyğundur |
21 | f/ş Ağacanov Ramin | Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, ev 43 | aşkarlanmayıb | uyğundur | uyğundur |
22 | f/ş Həmzəyev Nail | Ağstafa rayonu, | aşkarlanmayıb | uyğundur | uyğundur |
23 | f/ş Nəsibov Adil | Ağstafa rayonu, | aşkarlanmayıb | uyğundur | uyğundur |
24 | "Nural" MMC | Tovuz rayonu, Abulbəyli kəndi | aşkarlanmayıb | uyğundur | uyğundur |
25 | "Qazax rayonu Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı" MMC | Qazax rayonu, İ.Şıxlı kəndi | aşkarlanmayıb | uyğundur | uyğundur |
26 | "Xanlıqlar Group" MMC | Qazax rayonu, Xanlıqlar kəndi | aşkarlanmayıb | uyğundur | uyğundur |
27 | "Ağsu Aqro Park" QSC | Ağsu rayonu, Çiyni kəndi | aşkarlanmayıb | uyğundur | uyğundur |
28 | "GP Stock Feed" MMC | İsmayıllı rayonu, Xəlilli kəndi | aşkarlanmayıb | uyğundur | uyğundur |
29 | "Süsən Aqro" MMC | Ağsu rayonu, Gəgəli kəndi | aşkarlanmayıb | uyğundur | uyğundur |
30 | "Agro Dairy" MMC (Gəncə) | Samux rayonu, | aşkarlanmayıb | uyğundur | uyğundur |
31 | "Region Agro" MMC | Goranboy rayonu, | aşkarlanmayıb | uyğundur | uyğundur |
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Dünyanın ən böyük gəmiçilik şirkəti Azərbaycanda ofisini açıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Kristal” binalarında istifadə olunan alüminium pəncərələr: uzunömürlü, möhkəm, estetik!
-
5 saat əvvəl
Bakıda "Xaricdə Təhsil Sərgisi 2025" keçiriləcək - GİRİŞ PULSUZDUR
-
6 saat əvvəl
Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dünyanın ən böyük qızıl ehtiyatı: Yerdəki bütün qızılın 99,999%-i oradadır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Dünyanın ən böyük gəmiçilik şirkəti Azərbaycanda ofisini açıb
Noyabrın 12-də gözlənilən hava şəraiti
“Kristal” binalarında istifadə olunan alüminium pəncərələr: uzunömürlü, möhkəm, estetik!
Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçirildi
Biznesiniz üçün QISA NÖMRƏ alın
Ən çox oxunanlar
Çində istehlak qiymətləri oktyabrda artıma qayıdıb, istehsalçı qiymətlərindəki azalma isə üç ildir davam edir
Pfizer, Metsera-nı 10 milyard dollara alır
Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb
“PAŞA Holding” Zəfər Günü münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
Zəfərin izi ilə: “AS Group”un sosial və infrastruktur layihələri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir










.jpg)









