"İsrail Vətən müharibəsi dövründə Azərbaycanın mövqeyini dəstəklədi. Təşəkkür edirik!"
"30 il ərzində Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 il ərzində İsrail Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək verib. Buna görə İsrailə təşəkkür edirik".
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata birgə bəyanatında bildirib.
Nazir qeyd edib ki, İsrail həmçinin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın mövqeyini dəstəkləyib.
“İsrailin Azərbaycanın mövqeyini dəstəklədiyi üçün minnətdarıq. Müharibədə Azərbaycanın müdafiəsi üçün qəhrəmanlıq göstərərək həlak olanlar arasında yəhudi əsilli azərbaycanlılar da vardı”, - nazir vurğulayıb.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan regional və qlobal səviyyədə sülhə töhfə verməyə hər zaman hazırdır.
"Üçtərəfli bəyanat müharibəyə son qoyduqdan sonra Azərbaycan sülh gündəliyinə təşviq edir, ancaq Ermənistan aqressiv ritorikası ilə təhdid edir" - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
“Azərbaycan olaraq biz inanırıq ki, normallaşmaya alternativ yoxdur və bu, qarşılıqlı ərazi bütövlüyünün və suverenliyinin tanınmasına əsaslanmalıdır. Azərbaycan azad oluna ərazilərdə yenidənqurma başladıb, ağıllı şəhərlər tikir, dağıdılmış şəhərlər yenidən qurulur. Biz İsrail şirkətlərinin bu prosesdə marağını yüksək qiymətləndiririk”, - Ceyhun Bayramov deyib.
İsrailin xarici işlər naziri apreldə Azərbaycana səfər edəcək
İsrailin xarici işlər naziri Eli Kohen apreldə Azərbaycana səfər edəcək.
Bunu E.Kohen martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
“Nümayəndə heyətimiz ölkələrimiz arasında ticarət əlaqələrini yaxşılaşdırmaq üçün Azərbaycana səfər edəcək”, - İsrailin XİN başçısı bildirib.
O, İsraillə Azərbaycan arasında əlaqələrin inkişafı üçün potensialın böyük olduğunu vurğulayıb: “İsrail Azərbaycanla iqtisadi, texnoloji və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün səy göstərəcək”.
© APA, Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























