AccessBank-da yeni sədr
Bankın Müşahidə Şurasına yeni sədr seçilib
6 iyul 2017-ci il tarixində AccessBank-ın Səhmdarlarının Ümumi Yığıncağı keçirilib və iclasda Bankın fəaliyyəti ilə bağlı bir sıra məsələlərə baxılıb.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, yığıncaqda Müşahidə Şurasının yeni tərkibi müzakirə olunub və nəticədə Müşahidə Şurasının yeni sədri və yeni üzvü seçilib. Yeni sədr vəzifəsinə Doktor Yan Klasen seçilib, o, bu vəzifədə Orxan Aytemizi əvəz edib. Müşahidə Şurasına yeni üzv qismində isə Emre Yıldız daxil olub.
Yan Klasen və Emre Yıldız bank işi sahəsində zəngin təcrübəyə malikdirlər və hər biri Avropanın aparıcı maliyyə qurumlarında yüksək vəzifədə çalışırlar.
Hazırda Bankın Müşahidə Şurasının yeni tərkibi aşağıdaki kimidir:
Doktor Yan Klasen – sədr
Sayed Aftab Ahmed – üzv
Tomas Enqelhardt – üzv
Rayner Müller-Hanke - üzv
Emre Yıldız - üzv
Daha ətraflı məlumatı Bankın rəsmi internet səhifəsindən əldə etmək mümkündür.
AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb.Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)








.jpg)







