“Nar” “Fərqli Fərdlər” Konqresində sosial layihələrlə bağlı təcrübəsini bölüşüb
(®️)11 mart 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində “Fərqli Fərdlər – Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün 5-ci Yubiley Konqres” keçirilib.
Konqresin əsas məqsədi ictimaiyyətin diqqətini fiziki məhdudiyyətli şəxslərə yönəldərək inklüziv cəmiyyətə dəstək verməkdir.
Konqresdə müxtəlif sahələrdən olan tanınmış yerli və beynəlxalq spikerlər çıxış ediblər. “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov da mobil operatorun tətbiq etdiyi uğurlu sosial layihələrlə bağlı təcrübələrini bölüşüb: “Nar olaraq cəmiyyətin həssas qisminə yönəlik layihələr etməkdə davam edirik, “Təlim məktəbi” və “Jest dili” kimi layihələrimizlə eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmağa çalışırıq”. Mobil operator indiyədək fiziki məhdudiyyətli insanlara yönəlik davamlı sosial layihələrlə çox sayda insanın həyatında müsbət dəyişikliklər edib.
“Nar”ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində eşitmə və nitq məhdudiyyətli insanlar üçün həyata keçirdiyi layihələrlə buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 2 saat əvvəl
-
2 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
2 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
2 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
3 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir





















