Bakı-Qəbələ-Bakı marşrutu üzrə biletlər satışa çıxarılır - QİYMƏTLƏR
Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN təşkil edir.‘’Azərbaycan Dəmir Yolları’’ QSC Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verir
QSC-dən Marja-ya daxil olan məlumatda bildirilir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti mart ayının 18-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarını həyata keçirəcək. Müvafiq marşrut üzrə biletlər 4 mart tarixindən etibarən satışa çıxarılacaq.
Bu münasibətlə 4 mart tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi və ADY rəsmiləri, Dövlət Turizm Agentliyi, media nümayəndələri, nəqliyyat üzrə ekspertlər və səyahət blogerlərinin iştirakı ilə Bakı-Qəbələ qatarının rəmzi səfəri təşkil olunub.
Qonaqlara yeni dəmir yolu xətti ilə paytaxtdan Qəbələyə və qonşu rayonlara qısa zaman kəsiyində rahat və təhlükəsiz şəkildə səfər etmək imkanı, eləcə də Qəbələ dəmir yolu vağzalında yaradılmış müasir şərait və xidmətlərlə bağlı ətraflı məlumat verilib.
Xatırladaq ki, Qəbələ Dəmiryol Vağzalı və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı 2021-ci ilin may ayının 15-də baş tutub.
Qeyd edək ki, 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla ümumi 364 yer var.
Hərəkət cədvəlinə gəlincə qatar həftəsonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-da çatacaq.
Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.
Qeyd edək ki, Qəbələ dəmir yolu vağzalının ümumi sahəsi 2300 kvadrat metr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir.
Dəmir yolu vağzalında təşkil olunmuş tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov bildirib ki, Qəbələyə ilk dəfə olaraq dəmir yolu xəttinin çəkilməsi müasir Azərbaycan tarixində olduqaca önəmli hadisədir: ‘’Cənab Prezident İlham Əliyevin nəqliyyat sektorunun inkişafı ilə bağlı müəyyən etdiyi strateji hədəflərə çatmaq üçün ADY dəmir yolu infrastrukturunun müasirləşdirilməsi və beynəlxalq standartlara çatdırılması isiqamətində ciddi iş aparır. O cümlədən, sərnişin daşıma xidmətinin təkmilləşdirilməsi üçün bu ilin sonunda Bakıya çatdırılması planlaşdırılan yeni elektrik qatarları ilə daha geniş miqyasda xidmət göstərə biləcəyik’’.
Tədbirdə iştirak edən Qəbələ rayonu icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, şəhərə dəmir yolu xəttinin çəkilməsi və istismara verilməsi Qəbələ ilə yanaşı ərtaf rayonların əhalisi üçün də böyük önəm daşıyır: ’’Regionun turizm potensialının daha da inkişaf etdirilməsi istiqamətində yeni dəmir yolu xəttinin yaratdığı imkanlar olduqca böyükdür’’.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
6 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
6 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 6 saat əvvəl
-
6 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
6 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı























