Azərbaycan şirkəti calaqaltılar ixracına başlayır
Azərbaycanda ting yetişdirmə sektorunda fəaliyyət göstərən “Grand-Agro Invitro” MMC ölkə tarixində ilk dəfə Qırğızıstana calaqaltılar ixracına başlayır. Məlumata görə, bu, təkcə şirkətin tarixində deyil, Azərbaycan tarixində də ilk hadisədir.
Şirkət ümumi həcmi 100 min ədəd olan müxtəlif növdə calaqaltıları Orta Asiya ölkəsinə ixrac edəcək.
“Grand-Agro Invitro” MMC 2017-ci ildən fəaliyyətə başlamış, aqrar sektorda əsas şirkətlərdən birinə çevrilən “Agro Food Investments” MMC-nin törəmə müəssisəsidir. Hazırda, Bakının Türkan qəsəbəsi ərazisində iri tingçilik üzrə kompleksə sahibdir.
“Grand-Agro Invitro”dan bildirilir ki, hazırda daxili bazarın müəyyən hissəsini həm calaqaltı, həm də meyvə tingləri ilə təmin edirlər. İndi isə əsas məqsədlərdən biri xarici bazara ixracı yüksəltməklə, bu sahə üzrə Azərbaycan brendini formalaşdırmaqdır.
“Grand-Agro Invitro” MMC-nin İcraçı Direktoru Taleh Zeynalov bildirib ki, xaricə ixrac ediləcək məhsullar əsasən gilas və albalı üçün nəzərdə tutulan calaqaltılardır. Bu calaqaltılar Qırğızıstanda yerli aqrar şirkətlər tərəfindən alınaraq üzərində müxtəlif sortlar calaq ediləcək.
İxrac ediləcək calaqaltı əsasən “Krymsk-5”dir. Calaqaltı nəmli torpağa və bakterial xərçəngə, eləcə də quraqlığa davamlıdır. Şirkət əməkdaşı əlavə edir ki, bu sortu Qırğız şirkəti özü sifariş etmişdir.
Xatırladaq ki, aprelin 20-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan hökumətləri arasında bir sıra sənədlər imzalanmışdır. İki ölkənin kənd təsərrüfatı naziri İnam Kərimov və Askarbek Canibekov sənədləri imzalamışlar. Daha sonra 5 oktyabr 2022-ci ildə İnam Kərimov Qırğızıstana səfər etmişdir. Həmin görüşdə iki ölkənin şirkətləri arasında keçirilən görüşlərdə ilkin olaraq Azərbaycanda istehsal olunan 200 min ting və calaqaltı əkin materialının Qırğızıstana ixracı, azərbaycanlı mütəxəssislərin bu ölkədə bağ salınması prosesində və təlimlərdə iştirakı ilə bağlı razılıq əldə edilmişdir.
“Grand-Agro Invitro” illik 4 milyon ting və calaqaltı istehsal gücünə malikdir.
Taleh Zeynalovun sözlərinə görə, müəssisənin yeni hədəflərindən biri də Özbəkistandır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
- 15 d. əvvəl
- 18 d. əvvəl
- 37 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
İxracan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
Ən çox oxunanlar
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi

















.jpg)




