"Azərbaycan hasil edilmiş neftin 60 %-ni “mənfəət” kimi alıb"
Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çiraq-Günəşli” (AÇG) neft-qaz yatağından indiyədək 570 milyon ton neft, 205 milyard kubmetr təbii qaz hasil edilib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə çıxışı zamanı qeyd edib.
X.Yusifzadə vurğulayıb ki, bu yataqlardan hasil edilmiş neftin 60 %-i və ya 345 milyon tonu Azərbaycanın “mənfəət” nefti kimi satılaraq ölkə iqtisadiyyatının inkişafına böyük təkan verib.
SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, "Əsrin müqaviləsi" Heydər Əliyevin birinci şah əsəridir: "Əsrin müqaviləsi"nin imzalanması ilə bütün ölkələr, bütün dövlətlər bildilər ki, Azərbaycan stabil ölkədir. Burda iş aparmaq olar. Heç də təsadüfi deyil ki, bu müqavilədən sonra 35 müqaviləyə imza atılıb. "Əsrin müqaviləsi" həmçinin iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edir.
1997-ci ildə Azərbaycanda illik neft istehsalı 9 milyon ton idisə, "Əsrin müqaviləsi"nin həyata keçirilməsi ilə neft hasilatı 2010-cu ildə 5,6 dəfə artaraq 51 milyon tona çatıb".
5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 d. əvvəl
-
- 27 d. əvvəl
-
29 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
2 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti




















