Unicapital-dan bazarların həftəlik təhlili
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili Bazar
1 fevral tarixində AR Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot faiz dərəcəsi 0.25% artırılaraq 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.5%-ə qaldırılmışdır. Bu qərar daxili və xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilmişdir.
AR Mərkəzi Bankının məlumatına əsasən, ümumilikdə illik inflyasiya azalmağa meyil göstərsə də onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir. Yenilənmiş proqnozlara görə baza ssenari üzrə fərziyyələr sabit qalarsa 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı gözlənilir.
Pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın xarici və daxili amilləri üzrə potensial risklərin reallaşma dərəcəsindən asılı olaraq veriləcəkdir. Pul siyasәti ilə bağlı növbəti qərar barədə məlumat 2023-cü il mart ayının 29- da ictimaiyyətə açıqlanacaqdır.
Ötən həftə 50 milyon AZN həcmində AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının hərracı keçirilmişdir. Hərracda tələb təklifi 3 dəfə üstələmiş, orta ölçülmüş gəlirlilik bundan öncəki hərracla müqayisədə 0.90 faiz bəndi artaraq 9.72% olmuşdur.
Bu həftə 50 milyon AZN həcmində AR Maliyyə Nazirliyinin 1 illik istiqrazlarının hərracı keçiriləcək. Ötən dəfə 1 illik istiqraz hərracı 7.54% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
Bu ay əlavə olaraq AR Maliyyə Nazirliyi 80 milyon AZN həcmində 3 illik və 40 milyon AZN həcmində 2 illik istiqrazlarının hərracını keçirməyi planlaşdırıb.
Qlobal bazar
Ötən həftə ABŞ FED və Avropa Mərkəzi Bankı faiz qərarlarını açıqladılar. FED faiz artım sürətini azaldaraq və analitiklərin gözləntilərinə uyğun olaraq 0.25 faiz bəndi artım etdi və faizləri 4.25%-4.50% həddindən 4.50%- 4.75% həddinə çatdırdı. FED-in sədri Jerome Powell çıxışında inflyasiyanın azalsa da hədəf diapazonundan yuxarı olması fonunda faiz artımlarının davam edəcəyini bildirdi. Mart ayı iclasında da FED-in faizləri 0.25 faiz bəndi artıracağı gözlənilir. Xatırladaq ki, keçən ay ABŞ-da inflyasiya azalaraq 7.1%-dən 6.5%-ə düşmüşdü. ABŞ-da növbəti inflyasiya məlumatı 14 fevral tarixində açıqlanacaq.
Avropa Mərkəzi Bankı faiz dərəcələrini 0.50 faiz bəndi artıraraq uçot dərəcəsini 2.50%-dən 3.00%-ə qaldırdı.
Avropada İnflyasiya azalaraq 9.2%-dən 8.5%-ə düşüb. Bloomberg analitiklərinin gözləntisi 8.9% idi.
3 fevral tarixində ABŞ-da əsas məşğulluq göstəricilərindən biri olan qeyri-kənd təsərrüfatı sahəsində iş yerlərindəki dəyişiklik (change in nonfarm payrolls) məlumatı açıqlandı. Bu göstərici analitiklərin gözləntilərini əhəmiyyətli dərəcədə - təqribən 2.75 dəfə üstələmiş, 517k olmuşdur. Ötən ay bu göstərici 223k açıqlanmışdı və analitiklər bu ay 188k açıqlanacağını proqnozlaşdırmışdılar. ABŞ-da İşsizlik 3.5%-dən 3.4%-ə azalmışdır. Bu məlumatların açıqlanmasından sonra səhm bazarlarında enmələr müşahidə olunmağa başladı.
3 fevral tarixində Türkiyədə inflyasiya açıqlanıb. İnflyasiya gözləntilərdən bir qədər yüksək (53.80%) və ötən aya (64.27%) nisbətən azalaraq 57.68% olub. Türkiyədə uçot dərəcəsi 9%-dir (ötən iclasda sabit saxlanılmışdı).
10 fevral tarixində Rusiyada inflyasiya və uçot dərəcəsi məlumatları açıqlanacaq. İnflyasiyanın azalaraq 11.94%- dən 11.63%-ə düşəcəyi və uçot dərəcəsinin dəyişdirilməyərək, 7.50% saxlanılacağı proqnoz edilir.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub























.jpg)


