Türkiyə, Rusiya, Çin və Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarıdır
Gürcüstanın Milli Statistika Xidməti 2022-ci il üçün xarici ticarət dövriyyəsi ilə bağlı yenilənmiş məlumatları dərc edib.
Marja xəbər verir ki, xarici ticarət dövriyyəsi bütövlükdə 19 milyard 42,9 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 32,8% çoxdur.
İxrac 5 milyard 592,8 milyon dollar (artım 31,8 faiz), idxal 13 milyard 450,1 milyon dollar (artım 33,2 faiz) təşkil edib.
Mənfi ticarət saldosu 7 milyard 857,2 milyon dollar olub ( xarici ticarət dövriyyəsinin 41,3 faizi)
Ötən il Gürcüstanın ən böyük ticarət tərəfdaşları aşağıdakılardır:
Türkiyə - 2 milyard 806,4 milyon dollar;
Rusiya - 2 milyard 487,0 milyon dollar;
Çin - 1 milyard 862,8 milyon dollar
İxrac baxımından Türkiyə lider mövqeyini itirib. Gürcüstanını ixracında əsas ölkələr:
Çin - 736,8 milyon dollar;
Azərbaycan - 672,6 milyon dollar;
Rusiya - 651,6 milyon dollar.
Gürcüstanın idxalında əsas ölkələr:
Türkiyə - 2 milyard 370,9 milyon dollar;
Rusiya — 1 milyard 835,4 milyon dollar;
Çin - 1 milyard 126,0 milyon dollar.
Əmtəə qrupları:
2022-ci ildə mis filizləri və konsentratları on ixrac əmtəə qrupunda birinci yeri tutub (25,6% artaraq 1,024,3 milyon ABŞ dolları və ya ümumi ixracın 18,3%-ni təşkil edib).
İkinci yeri minik avtomobilləri (903,8 milyon, ixrac həcminin 16,2 faizi), üçüncü yerdə ferroərintilər (459,8 milyon dollar, ümumi ixracın 8,2 faizi) tutub.
Gürcüstandan ixrac edilən ilk on əmtəə qrupuna həmçinin azot gübrələri, şərab və digər spirtli içkilər, içməli və mineral sular, dərmanlar daxildir.
Gürcüstanın ən çox idxal etdiyi mallar - avtomobillər, neft və neft məhsulları, mis filizləri və konsentratlarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)






