"Kiçik və orta şirkətlər icbari avtosığorta bazarından çıxacaq"
Avtomobillərin icbari sığortası üzrə zərərliliyin artması sığorta şirkətlərinin maliyyə sağlamlığına mənfi təsir edə bilər.
Bunu açıqlamasında sığorta eksperti İlkin Nəcəfov deyib.
Ekspert bildirib ki, 2022-ci il 11 ayın nəticələrinə görə, avtomobillərin icbari sığortası üzrə 102,2 milyon manata yaxın sığorta haqqı yığılıb, 82,3 milyon manat sığorta ödənişi həyata keçirilib. Başqa sözlə, zərərlilik 80,5% təşkil edib. Buraya İcbari Sığorta Bürosuna ödənilən 5%-lik xərc də əlavə edilsə, bu rəqəm 85.5%-ə yüksəlir. Sığorta şirkətlərinin inzibati, işlərin görülməsi xərcləri (ofis, əmək haqqı, zərərlərin tənzimlənməsi və s xərcləri) də cəmlənəndə avtomobillərin icbari sığortası üzrə zərərlilik 100%-i keçir.
"Oktyabr ayına kimi, risk əsaslı yeni, qalxmış sığorta haqqlarına qədər orta zərərlik faizi 85-86% arasında dəyişib. Bu isə o deməkdir ki, sığorta haqqının hesablanmasında yeni yanaşma zərərliliyi cəmi 5% azaldıb" - deyən ekspert qeyd edib ki, proses belə davam etməyəcək, kiçik və orta sığorta şirkətləri avtomobillərin icbari sığortasından könüllü qaydada imtina edəcəklər.
İlkin Nəcəfov hesab edir ki, proses həmçinin digər 2-3 şirkətin maliyyə sağlamlığını ciddi təhlükə altına salacaq: "Qısamüddətli, nəticəyə hədəflənən inzibati tədbirlər maksimum yaxın aylar üçün problemi arxa plana keçirə bilər, bir neçə aydan sonra problem daha kəskin şəkildə qabaracaq, radikal, böyük ehtimalla cari qanunvericiliyə dəyişikliklər edilməsinə kimi gedib çıxacaq".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)
