Unibank-ın yeni səhmlərini alan 7 investordan 3-nün adı və payları açıqlandı
Unibank-ın əsas səhmdarlarının payı artıb.29 dekabr 2022-ci il tarixlərində Bakı Fond Birjası vasitəsilə yerləşdirilmiş "Unibank Kommersiya Bankı" ASC-nin 6 milyon 800 min manatlıq yeni səhmlərini əldə etmiş 7 investordan 3-nün adı və aldıqları həcmlər açıqlanıb.
Marja.az xəbər verir ki, səhmlərin 6 milyon 397 min 190 manatlıq hissəsini Bankda ən böyük payla səhmdar olan Qəribov Eldar Mahmud oğlu əldə edib. Nəticədə Eldar Qəribovun "Unibank"ın nizamnamə kapitalındakı payı 86,6960%-dən 87,0320%-ə yüksəlib.
Həmçinin, səhmlərin 202 min 164 manatlıq hissəsini Bankın mövcud səhmdarlarından olan Quliyev Emin Natiq oğlu əldə edib. Eyni zamanda, Emin Quliyev bağışlanma müqaviləsi əsasında 3 milyon 394 min 369 manatlıq səhmlər əldə edib. Əqdlərdən sonra Emin Quliyevin "Unibank"ın nizamnamə kapitalındakı payı 0,3592%-dən 2,7504%-ə yüksəlib.
Bunlardan başqa, yeni səhmlərin təxminən 20 min 639 manatlıq hissəsini Hüseynov Faiq Arif oğlu alıb. Əqd nəticəsində Faiq Hüseynovun "Unibank"ın nizamnamə kapitalındakı payı 0,2797%-dən 0,2808%-ə yüksəlib.
Qeyd edək ki, “Unibank” KB” ASC-nin nizamnamə kapitalı 149 milyon 386 min 357.60 manat təşkil edir, səhmlərin buraxılması və yerləşdirilməsi yolu ilə formalaşıb.
Hazırda “Unibank” KB ASC-nin səhmdarları sırasında Azərbaycan Respublikasının rezidenti olan 7 fiziki şəxs var (onlara məxsus səhmlərin nizamnamə kapitalındakı faiz nisbəti 92,5121% təşkil edir) və ən böyük (87,0320%) səhm zərfi Qəribov Eldar Mahmud oğluna məxsusdur.
31 MİLYON MANATLIQ KAPİTALLAŞMA PROSESİ
Xəbər verdiyimiz kimi, "Unibank" 2022-ci il ərzində nəzərdə tutulan kapitallaşma prosesini uğurla başa çatdırıb. Bank kapitallaşmanı nəzərdə tutulan proqrama uyğun, investisiya qiymətli kağızlarının həm səhm, həm də subordinasiya borcu olan istiqraz buraxılışı formasında həyata keçirərək, Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəticəsində kapitalını ümumilikdə 31 milyon manata yaxın artırıb. Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımı il ərzində mərhələli şəkildə həyata keçirilib və 2022-ci ilin sonunda yekunlaşıb.
Kapitallaşma prosesinin başa çatması nəticəsində bankın təkcə nizamnamə kapitalı 19 milyon manata yaxın artaraq, 149 386 358 AZN təşkil edir. Bank tərəfindən investisiya qiymətli kağızı olan istiqrazların buraxılışı ilə reallaşan ikinci komponent üzrə kapital artımı isə 12 milyon 200 min manat olub.
"Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni rəqəmsal məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir", - "Unibank" açıqlamasında bildirmişdi.
HƏMÇİNİN OXU: Unibank səhmdar kapitalı barədə məlumatlarını yenilədi - ƏSAS SƏHMDARININ PAYI DAHA DA ARTIB
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 19 saat sonra
-
-
2 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
3 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 3 saat əvvəl
-
4 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
4 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















