Dünya üzrə turistlərin sayı pandemiyadan əvvəlki dövr ilə müqayisədə 64 faiz bərpa olunub
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (UNWTO) 2022-ci ildə bütün dünya üzrə 900 milyondan çox insanın səyahət etdiyini, 2021-ci illə müqayisədə iki dəfə artdığını və turistlərin sayının pandemiyadan əvvəlki illə müqayisədə 63 faiz bərpa olduğunu açıqlayıb.
Qərargahı İspaniyanın paytaxtı Madriddə yerləşən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (UNWTO) 2022-ci il turizm məlumatları hesabatını açıqlayıb.
Marja xəbər verir ki, hesabatda Dünyanın bütün bölgələrində turistlərin sayında artım olduğu, təxminən 1,5 milyard nəfər ilə rekord qırılan pandemiyadan əvvəlki (2019-cu il) dünya üzrə turistlərin sayı ilə müqayisədə 2022-ci ildə 900 milyon nəfər turist ilə 63%-lik bir bərpa olduğu qeyd edilib.
Yaxın Şərq turizmi 2019-cu ilin məlumatları ilə müqayisədə 83% bərpa olunub.
Keçən il turistin ən çox gəldiyi (585 milyon) bölgə olan Avropa, pandemiyadan əvvəlki rəqəmin 80 faizinə çatıb.
Bu nisbət Afrika və Amerikada 65 faiz, Asiya və Sakit Okean regionunda isə 23 faiz səviyyəsində qalıb.
Hesabatda 2023-cü ildə turizmə ən çox təsir edəcək amillərdən birinin iqtisadi böhran olduğu qeyd edilib: “Turistlərin 2023-cü ildə daha az xərcləyərək, daha qısa səfərlər edərək və yaxın yerlərə getməklə daha ehtiyatlı davranmaları gözlənilir”.
Ümumdünya Turizm Təşkilatının ekspertləri iqtisadi böhranın inkişafından asılı olaraq 2023-cü ildə dünyada turistlərin sayının pandemiyadan əvvəlki səviyyənin 80-95 faizi arasında olacağını təxmin ediblər.
Digər tərəfdən, UNWTO-nun baş katibi Zurab Pololikaşvili deyib: “Qlobal iqtisadi vəziyyət və davam edən geosiyasi qeyri-müəyyənlik kimi müxtəlif problemlərlə üzləşsək də, biz 2023-cü ilə dünya turizmi üçün nikbin il kimi baxırıq”.
Pololikaşvili 2023-cü ildə iqtisadi amillərin insanların səyahət vərdişlərinə təsir edəcəyini, lakin daxili və regional turizmin güclənəcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
11 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb
-
13 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
-
13 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
13 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 13 saat əvvəl
-
13 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Son Xəbərlər

Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
