Özəl tibbi praktika ilə məşğul olan şəxslərlə bağlı yeni tələblər!
Özəl tibbi praktika ilə məşğul olan şəxslər pulu kassa aparatları və nağdsız qəbul etməlidirlər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2023-cü il üçün Vergi Məcəlləsində dəyişikliklərin bəzi əsas istiqamətləri və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir. Bu gün özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərlə bağlı vergi qanunvericiliyində dəyişikliyin şərhini Dövlət Vergi Xidmətinin əməkdaşı Xəyalə Şirinli təqdim edir:
Vergi Məcəlləsində edilmiş son dəyişikliklərin bir hissəsi özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərlə bağlıdır. “Özəl tibb fəaliyyəti haqqında” Qanuna əsasən, bu fəaliyyət 2 formada - özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilə bilər. Özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan xüsusi razılıq əsasında müvafiq ixtisasa uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət hesab edilir.
Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə aparılmalıdır. Tibb fəaliyyəti sahəsində vergidən yayınmanın miqyasının azaldılması, gəlirlərin leqallaşdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə, tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə də pul hesablaşmalarının nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməsi müəyyən edilib. Həmin şəxslər tərəfindən verilən çeklər əsasında ödənilmiş ƏDV-nin bir hissəsi tibb xidmətlərinin istehlakçılarına geri qaytarılacaq. Bununla yanaşı, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərini pozmaqla tibbi xidmətlərin dəyərini müəyyən olunmuş limitdən artıq nağd qaydada qəbul edən özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə maliyyə sanksiyaları tətbiq ediləcək.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
9 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 19 saat əvvəl
-
23 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
