Dekabrda kapitalı artırlan “CPM-İnvest"dən 400 min manat geri götürülür
2022-ci ilin dekabr ayında nizamnamə kapitalı 2 dəfə artırılaraq 800 min manata çatdırılmış “CPM-İnvest İnvestisiya Şirkəti” ASC, qısa müddət sonra, 10 Yanvar 2023-cü ildə nizamnamə kapitalının 2 dəfə azaldılacağını elan edib.
“CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 2 dəfə azaldılaraq 800 min manatdan 400 min manata endirilir.
Marja.az xəbər verir ki, bu barədə Şirkətdən bildirilib.
“CPM-İnvest İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti nizamnamə kapitalının azaldılaraq 400 000 Azərbaycan manatı məbləğində müəyyən edildiyini elan edir",- Şirkətin məlumatında deyilir.
27 dekabr 2022-ci il tarixində açıqlanmış məlumata görə, 23 dekabr 2022-ci il tarixində ticarətə buraxılan “CPM İnvestisiya Şirkəti” ASC-nin AZ1001023204 dövlət qeydiyyat nömrəli, 400 min manat həcmində, faizli təmin edilməmiş adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi Bakı Fond Birjasında yekunlaşıb. Birjanın yaydığı məlumata görə, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1 sifariş təqdim edilib. Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 400 min manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi də 400 min manat təşkil edib. Səhmlərin yerləşdirilməsi nəticəsində “CPM İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 2 dəfə artaraq 800 min manata çatıb.
Yerləşdirməyədək “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin 100% payla səhmdarı Məmmədova Kəmalə Qələndər qızı idi.
Qeyd edək ki, 2022-ci il ərzində 4 milyard 264 milyon 72 min 581 manat dövriyyə ilə "CPM-İnvest İnvestisiya Şirkəti" QSC investisiya şirkətləri arasında 3-cü yeri tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
9 d. əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 17 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 24 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
1 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
2 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
4 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
4 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
4 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
Son Xəbərlər

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
