Daha bir dövlət qurumu İT resurslarını “Hökumət buludu”na köçürür
(®) “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti xidmətlərin əlçatanlığının və dayanıqlığının təmin edilməsi məqsədilə “Hökumət buludu”na miqrasiya çərçivəsində İT sistem və resurslarını “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə köçürür.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 3 iyun 2019-cu il tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” həyata keçirilir. Keçid planına əsasən dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir.
“Azərişıq” ASC-nin ilkin mərhələdə “Hökumət buludu”na miqrasiyanın təmin edilməsi məqsədilə təqdim edilən İnfrastruktur (IaaS – İnfrastructure as a Service) və Rezervlənmə (BaaS – Backup as a Service) bulud xidmətlərini əldə etməsi ilə bağlı razılıq əldə edilib.
Qurum informasiya sistemlərini “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsiz saxlanılması üçün xərclərin azaldılması kimi üstünlüklər qazanıb.
Həmçinin dövlət qurumu rezervləmə xidmətinin çevik və sadə formada həyata keçirilməsi üçün “Veeam” platforması ilə təmin edilib.
Bu platforma İT sistemlərini “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiya edən qurumların virtual maşınlar üzrə məlumatların ehtiyat nüsxələrini planlaşdırılmış şəkildə tənzimləməyə, həmçinin datanın dənəli, yəni hissə-hissə nüsxələnməsinə imkan yaradır. Eyni zamanda, “Veeam” platformasından istifadə edərkən buludda rezervlənmiş məlumatları rahat və çevik şəkildə bərpa etmək mümkündür.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malik olan “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 5 d. əvvəl
-
-
10 d. əvvəl
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
- 28 d. əvvəl
- 43 d. əvvəl
-
45 d. əvvəl
"Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik"
-
56 d. əvvəl
İxracdan ən çox qazanan özəl Azərbaycan şirkətləri - YENİ SİYAHI
- 56 d. əvvəl
-
59 d. əvvəl
Qızıl 1-ci, fındıq 2-ci, xurma 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
-
1 saat əvvəl
Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
"Rusiya qazından asılılığımızı azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq"
İxracdan ən çox qazanan özəl Azərbaycan şirkətləri - YENİ SİYAHI
Azərkosmos-un yanvarda əldə etdiyi gəlir açıqlanıb
Qızıl 1-ci, fındıq 2-ci, xurma 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
SOCAR Avropaya qaz ixracını 50% artırıb
Xalq Bank sərfəli avtokredit şərtləri təqdim edir
SOCAR ilə Moldovanın enerji şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib
Bank Gəncədə 2-ci filialını açdı





















