"Rusiyaya neft sanksiyaları böyük istehsal böhranı yaradacaq"
Beynəlxalq Enerji Agentliyinin prezidenti Fatih Birol enerji böhranını və onun gələcək dövr üçün nəticələrini qiymətləndirib. Böhranın enerji transformasiyasını sürətləndirəcəyini və bərpa olunan enerji texnologiyalarına keçidi sürətləndirəcəyini bildirən Birol, beynəlxalq neft şirkətlərinin Rusiyadan çıxmasının böyük bir istehsal böhranına səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.
Beynəlxalq Enerji Agentliyinin prezidenti Fatih Birol enerji böhranı və qarşıdakı dövrdə enerji xərcləri ilə bağlı açıqlamalar verib.
Marja xəbər verir ki, enerji idxal edən bir çox ölkənin xarici borc girdabına girmək (çıxılmaz vəziyyət) üzrə olduğunu vurğulayan Birol, bunun dünya iqtisadiyyatı üçün son dərəcə riskli bir vəziyyət olduğuna diqqət çəkib.
Avropada Rusiyadan qaynaqlanan enerji böhranına toxunan Birol bildirib ki, Avropanın böyük güc mərkəzləri enerji ilə bağlı özünü tənqid etməli və illərlə tədarük etdikləri enerjinin böyük hissəsini niyə bir ölkəyə bağladıqlarını soruşmalıdırlar. Qitənin indi bu qərara görə cəzalandırıldığını qeyd edən Birol, böyük sürprizin bu qışda ola biləcəyini qeyd edib.
“Rusiya 24 fevrala qədər dünyanın ən böyük enerji ixracatçısı idi”
Rusiyanın Ukrayna müharibəsindən əvvəl enerji sisteminin təməl daşlarından biri olduğunu və 24 fevralda müharibə başlamazdan əvvəl dünyanın ən böyük enerji ixracatçısı olduğunu ifadə edən Birol, “Avropa Rusiya üçün olduğu qədər Rusiya da Avropa üçün əhəmiyyətli idi.", - deyib
Birol Rusiyanın indiyə qədər ən böyük müştərisini itirdiyini və onu dərhal digər müştərilərlə əvəz etməyin asan olmadığını qeyd edərək, sanksiyalar ilə əlaqədar beynəlxalq neft şirkətlərinin Rusiyadan çıxmasının hasilat böhranı yaradacağı ilə bağlı xəbərdarlıq edib.
Böhranın "yaşıl" və təhlükəsiz enerji texnologiyalarına keçidi sürətləndirəcəyini qeyd edən Fatih Birol, qarşıdakı 5 ildə xüsusilə günəş, quru və dəniz küləyində bərpa olunan enerji gücünün 2400 gigabayt artacağını proqnozlaşdırıb.
Nəqliyyat sektorunda təmiz enerjidən istifadə baxımından böyük transformasiya olduğuna diqqət çəkən Beynəlxalq Enerji Agentliyinin prezidenti dünyada nüvə sahəsində ciddi və çox sürətli dönüş olduğunu və bunun səbəbinin daha çox enerji təhlükəsizliyi olduğunu vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
-
5 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
7 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
7 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
7 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
8 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
