Pakistan Azərbaycanda Ticarət Evi açmağa hazırlaşır
Yaxın 5-6 ay ərzində Pakistanın Azərbaycanda Ticarət Evi açılacaq.
Bunu açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.
Onun sözlərinə görə, hazırda bununla bağlı iş aparılır.
Səfir qeyd edib ki, Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi azdır və Ticarət Evinin açılması ilə bu sahədə ciddi artım olacağına ümid edirlər.
“Biz iki ölkə arasında ticarət dövriyyəsindən məmnun deyilik, ümid edirik ki, Ticarət Evinin açılması ilə ikitərəfli ticarətdə təxminən 3 dəfə artım olacaq. Səfirlik olaraq ticarət dövriyyəsini artırmaq üçün görüşlər təşkil edirik. Ötən həftə Pakistan Düyü İxracatçıları Assosiasiyasının Azərbaycana biznes missiyası baş tutdu. 18-19 əsas şirkətin nümayəndələri Azərbaycana səfər etdilər və burada görüşlər keçirdilər", - deyə o qeyd edib.
B.Haye həmçinin xatırladıb ki, hazırda iki ölkə Preferensial Ticarət Sazişinin imzalanmasına dair iş aparırlar: “Bu sənəd imzalandıqdan sonra Pakistandan bir neçə məhsul Azərbaycana güzəştlə daxil olacaq. Bu, bizim ikitərəfli ticarətimizə çox böyük təkan verəcək və ümid edirik ki, qarşıdakı illərdə illik ticarət dövriyyəmiz 50 milyon ABŞ dolları dəyərində olacaq. Sazişlə 20-dən çox məhsula güzəştlər tətbiq ediləcəyinə də ümidimiz var. Bu, çox mürəkkəb prosesdir. Məsləhətləşmələr başa çatdıqdan sonra siyahılar mübadilə ediləcək və təsdiqlənəcək”.
Azərbaycanda 2 238 Pakistan şirkəti fəaliyyət göstərir. Pakistan indiyə qədər Azerbaycanın qeyri-neft sektoruna 4,2 milyon ABŞ dolları investisiya yatırıb. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 2020-ci illə müqayisədə 11,6 % azalaraq 11 milyon 729 min ABŞ dolları təşkil edib. Bu ilin yanvar-oktyabr aylarında isə iki ölkə 19 milyon 045 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
©️ Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 10 d. əvvəl
- 12 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















