"Alış-veriş zamanı kartdan karta köçürülən ödənişlər araşdırılmalıdır"
Azərbaycanda alış-veriş zamanı kartdan karta olan ödənişlər müəyyən limiti keçdikdən sonra araşdırılmalıdır.
Bunu texnoloji həllər sahəsində fəaliyyət göstərən “Global İnnovations” şirkətinin rəhbəri Zeynal Kərimzadə bu gün Bakıda keçirilən "Azərbaycanın 1-ci E-ticarət günü" elektron ticarət konfransında bildirib.
O qeyd edib ki, sahibkarlar VÖEN açmaq istəmədikləri üçün hər hansısa bir alış-veriş zamanı müştərilərə ödəniş etmələri üçün öz şəxsi kartlarını verirlər.
Z.Kərimzadə bunun kifayət qədər böyük bir dövriyyə olduğunu qeyd edib:
“Biz yeni bazarlar açmaqdan və yeni müştəriləri cəlb etməzdən öncə, birinci bu “Grayzone” adlandırdığımız məsələyə gəlməliyik, onu ağartmalıyıq, daha sonra isə növbəti addımlarımızı düşünməliyik”.
Şirkət rəhbəri bazarda kifayət qədər e-ticarətə qoşulma imkanı yaradan şirkətlərin olduğunu vurğulayıb:
“Pandemiya dövründə olduğu kimi, hazırda da müştəri və sahibkarlar deyə bilməz ki, bizim infrastrukturumuz yoxdur. Marketlərdə gördüyümüz tendensiya, "ƏDV geri al" sisteminə interqasiyasından sonra baş tutdu. İnsanlar mağazalardan çeklərini tələb etməyə başladılar. Bu da ümumi prosesi şəffaflaşdırdı. Çünki, burada şəxsi maraqlar var idi, hansı ki keşbeklər təqdim olundu və bunun hesabına vətəndaşlar həm ödənişlər edə bilir, həm də, həmin pulu nağdlaşdıra bilir. Biz gözləyirik ki, "ƏDV geri al" imkanı elektron ticarətdədə istifadə edilsin. Bu halda elektron kommersiya böyüməyə başlayacaq”.
Z.Kərimzadə bu prosesin müəyyən çətinlikləri olduğunu da bildirib:
“Bu günki gündə elektron açarlar yoxdur və biz vergi xidmətindən bu sahədə aktiv işlər gözləyirik. Düşünürəm ki, 2023-ci ildə biz artıq bunun üzərindən müəyyən işlər görə biləcəyik”.
Şirkət rəhbəri daha sonra Azərbaycan Mərkəzi Bankının fintex şirkətlərinin komissiyalarını qaldırılmaları mövzusuna da toxunub:
“Biz fintex olaraq marja ilə işləyən şirkətlərik. Yəni, banklardan müəyyən komissiyalar götürürük və üzərinə müəyyən bir marja qoyub satırıq. Nə vaxt ki, banklar bizim üçün komissiyaları qaldırır biz də məcbur oluruq ki, haqqları qaldıraq. Müştəri bunu başa düşmür”.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır























