Azərbaycandakı strateji əhəmiyyətli stansiya peyk interneti ilə təmin olunub
Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Azərbaycan hissəsində yerləşən strateji əhəmiyyətli Ərsin Buraxma Stansiyası zəruri peyk interneti rabitəsi ilə təmin olunub.
“SOCAR Midstream Operations” MMC-dən Marja-ya daxil olmuş məlumata görə, bununla bağlı CQBK-nın operatoru olan “SOCAR Midstream Operations” şirkəti ilə Azərkosmos arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Stansiya ənənəvi rabitə vasitələrinin əhatə dairəsi xaricində yerləşir. Peyk internetindən istifadə ucqar ərazilərlə əlaqəni gücləndirməklə CQBK-nın texniki operatorluğunun keyfiyyətini daha da yaxşılaşdırıb.
İnternet xidmətləri “Azerspace-1” peykinin “Azconnexus” platforması vasitəsilə göstərilir.
“Azconnexus” platforması Azərkosmosun operatoru olduğu “Azerspace-1” telekommunikasiya peyki üzərindən fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətli internet xidməti təqdim edir. Bu platforma istifadəçilərə peyk interneti vasitəsilə video, audio və data daxil olmaqla müxtəlif trafik növlərindən faydalanmağa imkan verir.
Qeyd edək ki, SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” şirkəti CQBK-nın kommersiya və texniki operatorudur.
CQBK-nın səhmdarları: bp (29,99%), SOCAR (14,35%), “Cənub Qaz Dəhlizi” QSC (6,67%), LUKOIL (19,99%), TPAO (19%) və NICO (10%).
CQBK dünya səviyyəli boru kəməridir və 2006-cı ildən etibarən təhlükəsiz, etibarlı və səmərəli şəkildə fəaliyyət göstərməklə Azərbaycan, Gürcüstan və Türkiyənin regional bazarlarına qaz nəql edir.
CQBK Türkiyəyə (ildə 6 mlrd. kubmetr) və Avropaya (ildə 10 mlrd. kubmetr) Şahdəniz-2 layihəsi çərçivəsində qaz həcmlərinin ixracı məqsədilə əlavə olaraq genişləndirilmişdir. Genişləndirilmiş boru kəməri ilə 2018-ci ilin iyun ayında Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlanılıb. 2020-ci ilin dekabr ayında ilk dəfə olaraq CQBK vasitəsilə Şahdəniz-2 qazının Avropaya ixracına başlanılıb. CQBK ixrac sistemi Azərbaycanda 443 km, Gürcüstanda 248 km boru kəmərindən ibarətdir. Sistemə həmçinin Azərbaycanda iki kompressor stansiyası, Gürcüstanda iki kompressor stansiyası və iki nəzarət-ölçü qovşağı daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
-
8 saat əvvəl
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanın neft şirkətinin obyekti vurulub, fəaliyyətini dayandırıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
Ən çox oxunanlar
“Yaşıl Cümə” başlayır – hər yer yaşıl olacaq!
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir






















