Neft ABŞ-da açıqlanan məlumatladan sonra bahalaşıb
Çərşənbə axşamı dünya bazarında neft qiymətləri 3%-ə yaxın yüksəlib. Bazarlar ABŞ-dakı “qara qızıl” ehtiyatları ilə bağlı statistikaya, eləcə də Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına reaksiya verir.
Marja.az xəbər verir ki, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 2,8% artaraq 82,92 dollar/barelə, WTI markalı neftin yanvar fyuçersləri 2,7% artaraq 77,44 dollara çatıb (Bakı vaxtı ilə saat 22:30-a olan məlumat).
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi ölkədəki neft ehtiyatları ilə bağlı statistik məlumatları dərc edib. Dekabrın 9-da başa çatan həftədə kommersiya ehtiyatları (strateji ehtiyat istisna olmaqla) gözlənilmədən 10,2 milyon barel və ya 2,5% artaraq 424,1 milyon barelə çatıb. Analitiklər əksinə, ehtiyatların 3,6 milyon barel azalacağını gözləyirdilər.
Öz növbəsində, dekabrın 9-dək olan həftə ərzində ABŞ-ın strateji ehtiyatında neft ehtiyatları 4,7 milyon barel azalaraq 382,3 milyon barel təşkil edib ki, bu da 1984-cü il yanvarın əvvəlindən bəri ən aşağı göstəricidir.
ABŞ-da dekabrın 9-da başa çatan həftədə neft hasilatı gündəlik 100 min barel azalaraq 12,1 milyon barelə düşüb. Son dörd həftə ərzində ABŞ-da gündəlik neft hasilatı orta hesabla 12,125 milyon barel təşkil edib.
Bundan əlavə, investorlar İEA-nın aylıq hesabatına diqqət yetirirlər. Agentlik 2022 və 2023-cü illər üçün qlobal neft tələbatını bir qədər yaxşılaşdırıb və hazırda onun müvafiq olaraq gündəlik 99,9 milyon və 101,6 milyon barel olacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













