Beynəlxalq Enerji Agentliyi dünyada neft hasilatı proqnozunu artırdı
Beynəlxalq Enerji Agentliyi (IEA) dünyada neft hasilatının artım tempi ilə bağlı proqnozlarını artırıb.
Marja xəbər verir ki, Agentlik, neft hasilatının 2022-ci ildə gündəlik 4,7 milyon barel artaraq 100 milyon barrel/günə, 2023-cü ildə isə gündəlik 0,77 milyon barel artaraq 100,8 milyon barel/günə çatacağını gözləyir.
Noyabrda agentlik cari ilin sonunadək dünya neft hasilatının gündəlik 4,6 milyon barel artaraq 99,9 milyon barel/günə qədər, gələn il isə 0,74 milyon barel artaraq 100,7 milyon barrel/günə çatacağını gözləyirdi.
Agentliyin Dekabr hesabatında deyilir: "2022-ci ildə qlobal neft hasilatı gündəlik 4,7 milyon barel artaraq 100 milyon barel/günə çatacaq".
BEA gündəlik artımın liderinin Səudiyyə Ərəbistanı olacağını qeyd edir.
"2023-cü ildə qlobal neft hasilatı gündəlik cəmi 770 min barel artacaq. Qeyri-OPEC+ ölkələrində hasilatın ABŞ-ın başçılığı ilə (+970 min barel/gün) gündəlik 1,9 milyon barel artacağı gözlənilir",- agentlik qeyd edib.
BEA dünya üzrə neftə tələbat proqnozunu bir qədər yaxşılaşdırıb
Beynəlxalq Enerji Agentliyi (İEA) 2022 və 2023-cü illər üçün qlobal neft tələbatı proqnozunu bir qədər yaxşılaşdırıb
Agentliyin dekabr hesabatına əsasən, qlobal neft tələbatının müvafiq olaraq gündəlik 99,9 milyon barel/gün və 101,6 milyon barel/gün olacağı gözlənilir.
Noyabr ayı proqnozunda BEA tələbin 2022-ci ildə gündəlik 2,1 milyon, 2023-cü ildə isə gündəlik 1,6 milyon barel artaraq müvafiq olaraq 99,8 milyon/günə və 101,4 milyon barel/günə yüksələcəyini gözləyirdi.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)










.jpg)




