Gəncədə mehmanxanaların gəlirləri 50%-ə yaxın artıb
2022-ci ilin yanvar-noyabr aylarında Gəncə şəhərində mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında Gəncə şəhərində 14 mehmanxana fəaliyyət göstərmiş, onlarda keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 42,4 faiz artaraq 18322 adam-gecə təşkil etmişdir.
Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 27,5 faiz artaraq 15621 adam-gecə olmuşdur
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2701 olmuşdur ki, bu da ümumi gecələmələrin 14,7 faizini təşkil edir.
2022-ci ilin yanvar-noyabr aylarında mehmanxana xidmətlərindən əldə edilən gəlirlər 2021-ci illin müvafiq dövrü ilə müqayisədə 48,8 faiz artaraq 1 milyon 316,5 min manat olmuşdur. Bunun 89,8 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 2,8 faizi ictimai iaşə xidmətlərindən, 1,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)







