"Neft daha da yüksələ bilər" - 56 dollara çıxdı
Neft qiymətləri, böyük istehsalçı ölkələrin hasilatın azaldılmasının qiymətləri yüksəldəcəyinə dair nikbin olmaları ilə, ötən ilin İyul ayından bu yana ən yüksək səviyyəyə yaxınlaşıb.
"Marja" xəbər verir ki, Venesuelanın neft naziri Eologio Del Pino, Çərşənbə günü dövlət televiziyasına verdiyi açıqlamada, hasilatın azaldılması razılaşmasının tətbiq olunmağa başlaması ilə birlikdə, xam neft ehtiyatlarının azalacağını və qiymətlərin sabitləşəcəyini bildirib.
OPEC və aralarında Rusiyanın da olduğu digər 11 istehsalçı ölkə Yanvar ayından etibarən hasilatı gündəlik 1.8 milyon barrel azaltmaq məsələsində razılığa gəlmişdilər.
Neft İxrac Edən ölkələr Birliyinin (OPEC) ötən ay səkkiz il sonra ilk dəfə istehsalı azaltmaq məsələsində razılığa gəlməsindən bu yana neftin bareli 50 dollar səviyyəsinin üzərində qalır. Bazar indi diqqətini OPEC-in razılaşmaya riayət edib-etməyəcəyi məsələsinə çevirib. OPEC-in Baş katibi Mohammad Barkindo, OPEC və tərəfdaşlarını izləmək və istehsalçıların öhdəliklərinə riayət etməsini təmin etmək üçün bir komitə yaradıldığını qeyd edib.
"Neft daha da yüksələ bilər, çünki OPEC üzvlərinin istehsalın azaldılmasını diqqətli və səbrli şəkildə tətbiq edəcəkləri gözlənilir. Bundan başqa, istilik yanacağı üçün qış dövrü tələbi də var. Bu da neft üçün tələbi artıra bilər",- analitiklər bildirirlər.
56 DOLLARA ÇIXIB
Bakı vaxtı ilə 08:30-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 1,4% bahalaşaraq 53.77 dollardan, Brent nefti Londonda ICE Futures Europe birjasında 1,5% bahalaşaraq 55.96 dollardan alıcı tapıb. Brent nefti gecə saatlarında 56,23 dolları görüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























