Çin şirkətinin köməyilə Azərbaycanda anod blokların istehsalı təşkil ediləcək
“Azərbaycan Sənaye Korporasiyası” ASC və Çinin “Sunstone Development" şirkəti neft koksunun kalsinasiyası və alüminium istehsalı üçün vacib xammallardan biri olan anod bloklarının istehsalının ölkəmizdə təşkili sahəsində əməkdaşlıq edəcək.
Bu barədə korporasiyadan bildirilib.
Məlumata görə, iki şirkətin rəhbər heyəti arasında keçirilmiş görüşdə qeyd olunan layihə üzrə birgə fəaliyyət göstərilməsi, uzunmüddətli əməkdaşlığın qurulması, ölkəmizə investisiyanın cəlb olunması kimi mühüm məsələlər müzakirə edilib.
“Sunstone Development” 2011-ci ildə 1 milyon ton anod istehsal etdiyi halda 2022-ci ildə bu rəqəmi 2,5 milyon tona çatdırıb. 2025-ci ildə isə istehsalın həcminin 4,5 milyon tona çatdırılması planlaşdırılır. Çinin anod ixracının 39 %-i “Sunstone Development"in payına düşür. Bu şirkət anod istehsalının həcminə görə dünyanın ən böyük şirkətlərindən biridir.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
6 d. əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik: Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
-
3 saat əvvəl
Könüllü sığorta bazarı 13 %-dən çox, icbari sığorta bazarı 7 % böyüyüb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib
Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
Azot gübrəsi ixracında böyük artım






















