Noyabrın 3-də Bakıda “Rusiya-Azərbaycan tarla günü” sərgisi açılır
(©) 14 Rusiya müəssisəsi 3 noyabr 2022-ci il tarixində Bakıda keçiriləcək “Rusiya-Azərbaycan tarla günü” adlı ixtisaslaşdırılmış kənd təssərüfatı texnikası sərgisində iştirak edəcək.
Rusiyanı “Rostselmaş”, “Klever”, “Volqa kombayn zavodu” (AQROMAŞ), “Melinvest”, “Traktor” ASC (URALETS), “Kuzembetyevskiy Rmz” SC, “Salskselmaş” ASC, “AqroTəchizat” ASC, “Cənub Ural çəki zavodu” ASC və s. kimi iri oyuncular təmsil etməyə hazırlaşırlar.
Sərginin sahəsi 500 kv. m. təşkil edəcək. Ziyarətçilər həm Rusiya tərəfindən yeni istehsal olunan məhsulları, həm də artıq populyar olan kənd təsərrüfatı modellərini görə bilər. Onların arasında “AQROMAŞ 90 TQ” tırtıllı traktor, “URALETS” mini-traktor, Tukan presləmə maşını, taxıl emalı kompleksi, cılalama maşını, taxıldoğrayan, taxıl elevatoru, önyükləyicilər, Geoscan Gemini yeni nəsil aerofotoqrafiya kompleksi, sənaye tərəziləri və digər texnika da yer almışdır.
Sərginin təşkilatçısı Rusiya Ticarət və Sənaye Palatasının dəstəyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi, Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyi və “Rosspetsmash” Assosiasiyasıdır. Sərginin operatoru “EXPOMƏRKƏZ” SC-DİR.
“Rusiya-Azərbaycan Tarla Günü” sərgisi Azərbaycanın aqrar-sənaye kompleksi sahəsində mühüm tədbirlərdən biri olacaq. Sərgiyə respublikanın bütün aparıcı kənd təsərrüfatı istehsalçıları, kənd təsərrüfatı texnikasının idxalçıları və dilerləri, lizinq şirkətləri, o cümlədən fermerlər və sahibkarlar dəvət alıblar.
Azərbaycan üçün kənd təsərrüfatı - iqtisadiyyatın əsas sahələrindən biridir və onun inkişafı hökumət üçün prioritet məsələlərdən biri hesab olunur. Ölkənin işçi qüvvəsinin 36% bu sahədə çalışır , ancaq onun ÜDM-dəki payı təxminən 7% təşkil edir. Ölkə kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması və ixracı üçün yüksək potensiala malikdir. Azərbaycan mövcud olan on bir iqlim qurşağından doqquzuna sahibdir. Onların hər birində kənd təsərrüfatı istehsalı üçün xüsusi texnika və avadanlıq tələb olunur ki, onları da Rusiya kənd təsərrüfatı maşınqayıranları istehsal və ölkəyə çatdırılma zamanı nəzərə alırlar.
Son illər Rusiya müəssisələri istehsal gücünün genişləndirilməsinə və modernləşdirilməsinə, dövlət dəstəyi hesabına texnikanın yeni modellərinin hazırlanmasına və istehsalına investisiyaları artırıb.
Rusiya Azərbaycanın aparıcı tərəfdaşlarından biri olaraq ölkənin kənd təsərrüfatı üçün texnika və avadanlıqların təchizatını genişləndirməyə hazırdır. Bu isə Azərbaycana aqrar-sənaye kompleksinin effektivliyini, eləcə də məhsuldarlığı artırmağa və itkiləri azaltmağa imkan verəcək.
Bakıda "Həştərxan Biznes Mərkəzi"nin açıq meydançasında iki gün ərzində (3-4 noyabr 2022-ci il) keçiriləcək “Rusiya-Azərbaycan Tarla Günü” sərgisi Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının problemlərini həll etmək üçün Rusiya maşınqayıranlarının imkanlarını nümayiş etdirən platformaya çevriləcək. Bu, azərbaycanlı fermerlərə ölkənin iqlim və kənd təsərrüfatı xüsusiyyətlərini nəzərə alan müasir Rusiya kənd təsərrüfatı texnikası ilə tanış olmaq, onların texniki xarakteristikasını müzakirə etmək və satınalma üçün əlverişli şərtlər əldə etmək imkanı verəcək.
Ekspozisiya ilə yanaşı, sərgi zəngin işğüzar proqramdan ibarət olacaq. Tədbirdə hər iki ölkənin nazirliklərinin, idarələrinin, ixtisaslaşmış assosiasiyalarının, lizinq şirkətləri və bank strukturlarının rəsmi nümayəndələri iştirak edəcək.
Kənd təsərrüfatı sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının inkişafı, Azərbaycanın kənd təsərrüfatı texnika parkının yenilənməsi, Rusiya istehsalçılarının lizinq proqramlarında iştirakı, Azərbaycanın kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi proqramları və s. gündəliyin əsas müzakirə mövzuları olacaq.
“Rusiya-Azərbaycan tarla günü” sərgisi kənd təsərrüfatı sahəsində mövcud Rusiya-Azərbaycan əməkdaşlığının və ikitərəfli ticarətin möhkəmləndirilməsi və genişləndirilməsində, Rusiyanın yüksək texnologiyalı kənd təsərrüfatı texnikasının Cənubi Qafqaz regionu bazarına ixracının təşviqində mühüm rol oynayır.
Sizi 3-4 noyabr 2022-ci il tarixində “Rusiya-Azərbaycan tarla günü” sərgisini Bakıda “Həştərxan işğüzar mərkəzində” ziyarət etməyə dəvət edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
6 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
8 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
8 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
8 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
9 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
9 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
9 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR









.webp)


.jpg)














