“Qayıdış” Qəhrəmanlara Dəstək sərgisi açıq elan olunub
Rəsm sərgisi oktyabrın 31-nə kimi davam edəcək və satışdan əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.(®) Veysəloğlu Şirkətlər Qrupu, QGallery Rəsm Qalereyasının təşkilatçılığı və “YAŞAT” Fondunun, Azərbaycan Rəssamlar İttifaqının tərəfdaşlığı ilə “Qayıdış” Qəhrəmanlara Dəstək sərgisinin açılış mərasimi olub. Sərgidə ictimai xadimlər, əməkdar rəssamlar, sənətşünaslar və qəhrəmanlara dəstək olmaq istəyən insanlar iştirak ediblər.
Açılış mərasimində çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov sərginin keçirilmə məqsədi barədə məlumat veriblər. Elvin Hüseynov həm Veysəloğlu Şirkətlər Qrupuna, həm də sərgidə iştirak edən rəssamlara təşəkkürünü bildirib.
Oktyabrın 26-dan ayın sonuna kimi davam edəcək sərgidə 33 tanınmış və gənc rəssamın ümumilikdə 40 əsəri nümayiş olunur. Rəsm əsərlərinin satışından əldə edilən vəsaitin 70 faizinin “YAŞAT” Fonduna ianə edilməsi, 30 faizinin isə rəsm əsərlərinin müəlliflərinə təqdim edilməsi nəzərdə tutulub. Sərginin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmış və canından keçmiş hərbçilərə və onların ailələrinə maddi və mənəvi dəstək olmaqdır.
Sərgi günlərində müxtəlif mövzuları əhatə edən rəsm əsərləri ilə yaxından tanış olacaq ziyarətçilər bəyəndikləri əsərləri alaraq qələbəni xalqımıza yaşadan qəhrəmanlarımıza dəstəyi ifadə etmiş olacaqlar.
Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin ailələrinə və qazilərə hər zaman xüsusi diqqətlə yanaşır. Şirkətlər Qrupu bayramlar və əlamətdar günlərdə 200-ə yaxın Qarabağ qazisi, şəhid ailəsi və digər həssas qruplara aid olan ailələrə sovqatlar çatdırır. Cəmiyyət üçün dəyər yaratmaq Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfələrindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)



