TuranBank maliyyə vəziyyətini açıqladı
Bank 2022-ci ilin 9 ayını 2,1 milyon manat mənfəətlə başa vurubBu il fəaliyyətinin 30-cu ildönümünü qeyd edən, ölkənin aparıcı banklarından biri olan "TuranBank" ASC 2022-ci ilin III rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlamışdır.
Bankın yaydığı press-relizdə bildirilir ki, real sektorun dəstəklənməsi istiqamətində aktiv fəaliyyətini davam etdirən "TuranBank" cari ilin 9 ayını rübünü 2,1 milyon manat mənfəətlə başa vurub.
2022-ci ilin 9 ayının yekunlarına görə, TuranBank ASC-nin cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 20% və ya 142,9 milyon manat artaraq 857,9 milyon manat, müştərilərə verilmiş kreditlər 21,2% və ya 92,4 milyon manat artaraq 528,8 milyon manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditlər 15,9% və ya 42,2 milyon manat artaraq 307 milyon manat təşkil etmişdir.
Qeyd edilib ki, daim etibarlılıq prinsiplərinə sadiq qalan TuranBank ASC-nin depozitlərinin həcmində də artım müşahidə olunmuşdur. Belə ki, 2022-ci ilin III rübünün sonuna cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 18% və ya 74,9 milyon manat artaraq 492,4 milyon manat, fiziki şəxslərin depozitləri isə 22,9% və ya 58,9 milyon manat artaraq 316,6 miylon manat təşkil etmişdir.
2022-ci ilin III rübü ərzində Bank real sektorun dəstəklənməsi istiqamətində də Beynəlxalq Maliyyə İnstitutları ilə aktiv fəaliyyətini davam etdirmişdir. Belə ki, TuranBank ASC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində həyata keçirilən layihələr uğurla tamamlanmışdır.
Qeyd edilib ki, adıçəkilən layihə Avropa Birliyi EU4Business Initiative Fondu, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyilə həyata keçirilmişdir. Məlumat üçün bildirək ki, TuranBank ASC institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bankımız Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.
Bundan başqa, bazarın tələbini nəzərə alaraq rəqəmsallaşmanın genişlənməsi istiqamətində müvafiq addımlar atılmış, məsafədən göstərilən xidmətlərin əhatə dairəsi genişləndirilmişdir. 2022-ci ilin III rübü ərzində TuranBank ASC mobil əlavəsi üzərindən “Göy ulduz-2” xidməti müştərilərin ixtiyarına verilmişdir. Bu xidmətə əsasən TuranBank ASC-dən nağd və biznes krediti götürən müştərilər kredit məbləğinə, həmçinin aylıq kredit ödənişinin mobil tətbiqdən ödənilməsinə görə “göy ulduz” – bonusu qazanır. Toplanan göy ulduzlarla isə mobilbank daxilində müxtəlif ödənişlər həyata keçirmək mümkündür. Bununla yanaşı hesabat dövrü ərzində TuranBank ASC mobil əlavəsi və internetbankı üzərindən “Xidmətlər bölümü” istifadəçilərin ixtiyarına verilmişdir. Belə ki, istifadəçilər Banka gəlmədən itirilmiş və ya zədələnmiş kartını TuranBank mobilbank və internetbankından yeniləyə və ya mövcud kartının müddətini asanlıqla uzada bilər, həmçinin kart və ya cari hesab üzrə rekvizitlərini, çıxarışını əldə edə bilərlər. Həmçinin mobilbank əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər Bankın müştərilərinə təqdim etdiyi kredit, əmanət, kart məhsulları və digər xidmətlərlə bağlı yenilənmiş məlumatların əldə edilməsi fürsətini də yaradır.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirən Bank bu il də şəhər və regionlarda yeni filial və şöbələrin açılmasını planlaşdırır. TuranBank ASC-nin ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı qeyd olunan keçidə daxil olaraq əldə edə bilərsiniz: https://bit.ly/3v4Vnar .
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (FaceBook, İnstagram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 saat sonra
-
-
12 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
12 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 13 saat əvvəl
-
13 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
13 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb























