Kia Motors-un avtomobil satışları və xalis mənfəəti azalıb
Kia Motors-un 2022-ci ilin yanvar-sentyabr aylarında xalis mənfəəti 2,34 milyard dollara düşüb.Cənubi Koreyanın avtomobil istehsalçısı Kia Motors ilin 2022-ci ilin 9 ayında (yanvar-sentyabr) xalis mənfəəti 3,372 trilyon von (təxminən 2,34 milyard dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4% azdır.
Marja xəbər verir ki, şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% artaraq 63,395 trilyon vona (44 milyard dollar) çatıb. Əməliyyat gəlirləri isə 18,5% artaraq 4,609 trilyon von (3,2 milyard dollar) təşkil edib.
Üçüncü rübdə (iyul-sentyabr) Kia-nın xalis mənfəəti ötən ilin eyni rübü ilə müqayisədə dörd dəfə azalaraq 458,9 milyard vona (318 milyon dollar) düşüb. Gəlir 30,5% artaraq 23,162 trilyon vona (16,1 milyard dollar) çatıb. Əməliyyat gəliri 1,8 dəfə azalaraq 768,2 milyard von (533 milyon dollar) təşkil edib.
Üçüncü rübdə avtomobil satışları 1,5% azalaraq 734 min ədədə düşüb.
Kia Motors 1944-cü ildə yaradılmış Cənubi Koreyanın avtomobil şirkətidir. Qərargah Seulda yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















