"AFB Bank"ın xalis mənfəəti 32% artıb
"AFB Bank" ASC 2022-ci ilin 9 ayını (yanvar - sentyabr) 11 milyon 452 min manat xalis mənfəət ilə başa vurub. "AFB Bank"ın xalis mənfəəti 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında 2 milyon 776 min manat və ya 32% artıb. Bank ötən ilin eyni dövründə 8 milyon 676 min manat xalis mənfəət əldə etmişdi. Xalis mənfəətin artması əməliyyat gəlirlərinin və ehtiyatdan qayıdan vəsaitin artmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "AFB Bank"ın faiz gəlirləri 409 min manat və ya 3,2% artaraq 13 milyon 91 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 965 min manat və ya 33% artaraq 7 milyon 926 min manat təşkil edib.
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "AFB Bank"ın faiz xərcləri 788 min manat arataraq 1 milyon 999 min manat, qeyri-faiz xərcləri isə 492 min manat artaraq 11 milyon 453 min manat təşkil edib.
Beləliklə, Bankın əməliyyat gəlirlərinin 2 milyon 374 min manat artmasına qarşılıq əməliyyat xərcləri 1 milyon 280 min manat artıb. Yəni, gəlirlərdəki artımın 54%-ni xərclərdəki artım silib. Nəticədə, Bankın əməliyyat mənfəətində 1 milyon 94 min manat artım baş verib.
2022-ci ilin 9 ayında "AFB Bankı"ın cəmi əməliyyat gəlirləri 21 milyon 17 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 452 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 564 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıtmış 3 milyon 887 min manat mənfəətə əlavə edilib.
Xatırladaq ki, 2021-ci ilin 9 ayında "AFB Bankı"ın cəmi əməliyyat gəlirləri 18 milyon 644 min manat, cəmi əməliyyat xərcləri 12 milyon 173 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 6 milyon 471 min manat təşkil etmişdi. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıtmış 2 milyon 205 min manat mənfəətə əlavə edilmişdi.
2021-ci ilin sonu ilə müqayisədə, 2022-ci ilin 9 ayında "AFB Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 26 milyon 675 min manat və ya 18,7% artaraq 30 Sentyabr 2022-ci il tarixində169 milyon 463 min manat təşkil edib.
30 Sentyabr 2022-ci il tarixində "AFB Bank" ASC 292 milyon 501 min manat cəmi aktivlərə malik olub. Bank 2021-ci ilin sonunda 272 milyon 238 min manat cəmi aktivlərə malik idi.
Ötən ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayında "AFB Bank"ın depozit portfeli 1 milyon 408 min manat və ya 1,2% artaraq 118 milyon 680 min manata çatıb.
30 Sentyabr 2022-ci il tarixində "AFB Bank" 82 milyon 839 min manat məcmu kapitala malik olub (31 Dekabr 2021-də 80 milyon 21 min manat idi).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
13 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)





.jpg)






