ABŞ, neft qiymətlərini azı 67-72 dollar civarına endirmək üçün hərəkətə keçir
ABŞ Energetika Nazirliyi neft bazarlarını sabitləşdirmək və yanacaqdoldurma məntəqələrində qiymətləri endirmək üçün strateji neft ehtiyatından daha 15 milyon barel satış edəcək. Həmçinin, Energetika Nazirliyi WTI markalı neftin qiyməti 67-72 dollar/barel civarına çatdıqda strateji ehtiyat üçün neftin alınmasına başlamağı planlaşdırır.
ABŞ Prezidenti Co Bayden çərşənbə günü ABŞ-ın enerji təhlükəsizliyini gücləndirmək, hasilatı stimullaşdırmaq, xərcləri azaltmaq və qiymətləri aşağı salmaq üçün yeni tədbirləri elan edəcək.
Marja.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
Bu çərçivədə, ABŞ Energetika Nazirliyinin strateji neft ehtiyatından daha 15 milyon barel satış edəcəyi bildirilib.
Açıqlamada, sözügedən satışın mart ayında açıqlanan 180 milyon bareldən çox neftin satışı qərarını tamamlayacağı qeyd edilib. Eyni zamanda, lazım olarsa, Baydenin Energetika Nazirliyini bu qış strateji neft ehtiyatından əlavə satışlara hazır olmağa çağıracağı da vurğulanıb.
“Prezident Energetika Nazirliyini bu qış strateji ehtiyatdan əlavə əhəmiyyətli neft satışına hazır olmağa çağıracaq, əgər bu, Rusiyanın hərəkətləri və ya qlobal bazarları sabitliyi pozan digər hadisələr səbəbindən zəruri olarsa”, - administrasiya əlavə edib.
Bəyanatda qeyd olunub ki, Bayden, neft qiymətləri 67-72 dollar/barel diapazonuna və ya aşağı düşdüyü zaman strateji neft ehtiyatı üçün neftin geri alınması planlarını da açıqlayacaq.
Maraqlıdır ki, Bayden administrasiyasının strateji neft ehtiyatlarından daha çox neft satmaq planı Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun neft hasilatını azaltmaq qərarından sonra ortaya çıxıb. OPEC+ noyabr ayından etibarən neft hasilatını gündəlik 2 milyon barel azaltmaq barədə qərar qəbul edib.
Bayden ötən həftə bu mövzuda yeni açıqlamalar verəcəyini bildirərək, ölkədə benzin qiymətlərinin hələ də çox yüksək olduğuna diqqət çəkmişdi.
Mart ayında ABŞ prezidenti Bayden ölkə daxilində benzinin qiymətinin aşağı düşməsinə kömək etmək üçün 6 ay ərzində strateji neft ehtiyatından ümumilikdə 180 milyon bareldən çox neftin satışına icazə verib. Bu satışlarla ABŞ-ın strateji ehtiyatında olan xam neftin miqdarı 1984-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.
Qeyd edək ki, bu dəqiqələrdə Brent nefti 90 dollar səviyyələrində ticarət olunur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
21 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
22 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 22 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
