“Eldar Qəribov “Unibank”da nəzarətçi payını qoruyub saxlayıb”
"Bu dəstək Unibankın devalvasiyasının təsirindən çıxmasına kömək edəcək"
AYİB və DEG Azərbaycandakı digər mövcud maraqlı tərəflərlə birgə “Unibank Azərbaycan” ın təkrar kapitallaşdırılmasına dəstək göstərir
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və KfW Bankengruppe Banklar Qrupunun tabe təşkilatı olan DEG (Deutsche Investitions- und Entwicklungsgesellschaft mbH) Azərbaycanın aparıcı banklarından biri olan “Unibank”ın nizamnamə kapitalını ümumilikdə 49 milyon AZN-dək (ABŞ dolları ilə ekvivalenti) artırmaq üçün güclərini birləşdirmişlər. Bu barədə AYİB-in Bakı Ofisindən “Marja”ya daxil olmuş məlumatda deyilir.
AYİB nizamnamə kapitalının artmasına “Unibank”dakı mövcud hesabının 9 milyon ABŞ dollarınadək olan hissəsini yeni adi səsli səhmlərə çevirməklə və beləliklə, öz payını 22,0 faizə çatdırmaqla töhfə vermişdir.
DEG isə bankdakı hesabının 15 milyon ABŞ dollarınadək olan hissəsini yeni adi səsli səhmlərə çevirmiş və beləliklə, öz payını 27,6 faizə çatdırmışdır.
“Unibank”ın əsas səhmdarı Eldar Qəribov 10 milyon AZN dəyərində yeni adi səhmlərə abunə olmuş və beləliklə, digər yerli səhmdarlarla birlikdə bankda nəzarətçi payını qoruyub saxlamışdır.
“AYİB Azərbaycandakı uzunmüddətli tərəfdaşı olan “Unibank”a onun kapital bazasının gücləndirilməsində iştirak etməklə dəstək göstərir. Bu dəstək bankın yerli valyuta olan manatın devalvasiyasının təsirindən çıxmasına kömək edəcək və bankın yerli iqtisadiyyatı yenidən kreditləşdirməyə başlamasına imkan verəcək” – AYİB-in Bakı Ofisinin rəhbəri xanım İvana Duarte belə deyir.
AYİB Azərbaycandakı aparıcı institusional investorlardan biridir. Ölkədə fəaliyyətə başladığı vaxtdan etibarən AYİB maliyyə, korporativ, infrastruktur və enerji sahələrində 161 layihəyə 2,8 milyard ABŞ dollarından artıq investisiya yatırmışdır. Həmin investisiyaların 68 faizi özəl sektora yatırılmışdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
58 san. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























