Dünyada neftə tələbatın artımı proqnozunu kəskin şəkildə aşağı salındı

Beynəlxalq Enerji Agentliyi (IEA) 2022-ci ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu yenidən gündəlik 60 min barel azaldıb. İndi Agentlik neftə təlabatın gündəlik 1,9 milyon barel artacağını gözləyir.
Sentyabrda Beynəlxalq Enerji Agentliyi bu il dünyada neftə tələbatın sutkada 2 milyon barel artaraq 99,7 milyon barel, avqustda isə 2,1 milyon barel artacağını proqnozlaşdırmışdı.
Gələn il dünyada neftə tələbat proqnozu kəskin azaldılıb - sutkada 470 min barel azaldılaraq 1,7 milyon barelə endirilib. Hazırda neftə tələbatın 2023-cü ildə sutkada 101,3 milyon barelə çatacağı gözlənilir.
IEA qlobal neft təklifinin artmasının yavaşladığını açıqlayıb
Bu ilin sonunadək dünyada neft təklifinin artımı əhəmiyyətli dərəcədə azalacaq - üçüncü rübdəki gündəlik 2,1 milyon bareldən OPEC+-ın noyabr ayından hasilatı azaltmaq qərarı fonunda dördüncü rübdə 170 min barelədək düşəcək.
Agentliyin ekspertləri qeyd ediblər ki, 2022-ci ilin sentyabrında dünya üzrə neft təklifi 300 min barel artaraq gündəlik 101,2 milyon barel təşkil edib. Ümumilikdə üçüncü rüb üzrə təklif artımı 2,1 milyon barel/s təşkil edib və bu artımın 85%-ni OPEC+ ölkələri təmin ediblər. Amma artıq dördüncü rübdə təklifin artımı gündəlik 170 min barel təşkil edəcək. OPEC+-ın qərarı ilə noyabr ayından etibarən rəsmi hasilat kvotası 2 milyon barel və ya real 1 milyon barel azaldılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
-
5 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
6 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
