İran və Rusiya 40 milyard dollardan çox neft və qaz sazişi imzalayıb
Həmçinin ölkələr yatağın işlənməsi üçün 4 milyard dollar dəyərində anlaşma memorandumu imzalayıblar.
İranın neft naziri Cavad Övci bazar günü bildirib ki, Rusiya və İran neft və qaz sənayesində 40 milyard dollardan çox dəyərində müqavilələr imzalayıblar.
“Biz Rusiya ilə yataqların işlənməsi üçün 4 milyard dollar dəyərində anlaşma memorandumu, həmçinin qaz kəmərlərinin və mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı üçün müəssisələrin tikintisinə dair 40 milyard dollar məbləğində saziş imzalamışıq”,- ISNA agentliyi onun sözlərini sitat gətirib.
Bazar günü Övcinin müavini Əhməd Əsədzadə bildirib ki, Rusiya İran ərazisində yerləşən 6 neft və iki qaz yatağının işlənməsinə başlamaq niyyətindədir. O, həmçinin ilin sonuna qədər müvafiq sazişin imzalanacağına ümid etdiyini bildirib.
Cümə axşamı Rusiya hökuməti Rusiya baş nazirinin müavini Aleksandr Novak və Övci arasında keçirilən görüşdən sonra Moskva və Tehranın bir sıra birgə layihələr, o cümlədən neft-qaz sənayesi üzrə danışıqlar apardığını bildirib. Bundan əlavə, Novak və Övci Rusiya-İran ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədrləri olmaqla, onun 2022-ci il oktyabrın 30-dan noyabrın 1-dək Rusiya Federasiyasında keçirilməsinin təşkilini müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
-
5 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
6 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
