Yaponiya qiymətləri aşağı salmaq üçün neft ehtiyatlarının bir hissəsini sata bilər
Nazirlər Kabinetinin baş katibinin müavini Seiji Kihara bildirib ki, belə bir qərar ABŞ və digər maraqlı ölkələrin, eləcə də Beynəlxalq Enerji Agentliyinin hərəkətləri nəzərə alınmaqla qəbul edilə bilər.
Yaponiya hökuməti vəziyyətin inkişafından asılı olaraq strateji ehtiyatlarından əlavə neft satmaq qərarına gələ bilər.
Marja xəbər verir ki, bu barədə cümə axşamı Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibinin müavini Seyci Kihara bildirib.
O, OPEC+ alyansının hasilatı azaltmaq qərarından sonra neftin qiymətinin qalxması perspektivini belə şərh edib:
"Vəziyyətin inkişafından asılı olaraq, ABŞ və digər maraqlı dövlətlərin, eləcə də Beynəlxalq Enerji Agentliyinin hərəkətlərini nəzərə alaraq, Yaponiyanın strateji ehtiyatlarından neftin əlavə satışının xeyrinə qərar verə bilərik".
"Biz neftin qiymətinin yüksək səviyyədə sabitləşməsi perspektivindən narahatıq", - Kihara bildirib. O, əsas neft istehlakçı ölkələri birləşdirən Beynəlxalq Enerji Agentliyi ilə məsləhətləşmələr aparmaq niyyətində olduğunu bildirib.
Bundan əvvəl OPEC+ sazişinin üzvü olan ölkələr Vyanada keçirilən iclasda neft hasilatını noyabr ayından sutkada 2 milyon barel azaltmaq barədə razılığa gəliblər. Ekspertlərin fikrincə, bu qərar yaxın aylarda qiymətlərin bir barel üçün 80 dollardan aşağı düşməsinin qarşısını alacaq.
Bu ilin fevralından may ayına kimi Yaponiya hökuməti bu resursun qiymətlərini aşağı salmaq məqsədilə artıq öz strateji ehtiyatlarından neftin satışı üzrə dörd hərrac keçirib. Əməliyyat ABŞ və digər ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
-
6 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
7 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
