"Səudiyyə Ərəbistanı ABŞ-ı qəzəbləndirmək və Rusiyaya kömək etmək istəyir"
FT: Ər-Riyad və Moskva bu gün Vyanada keçiriləcək OPEC+ toplantısında neft hasilatının azaldılmasını elan etməyə hazırdırlar. Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanı "ABŞ-ı qəzəbləndirmək və Rusiya Federasiyasına kömək etmək" üçün neftin qiymətini qaldırmağa çalışır.
Səudiyyə Ərəbistanı, Rusiya və digər istehsalçılar bu gün Vyanada keçiriləcək OPEC+ toplantısında neft hasilatını əhəmiyyətli dərəcədə azaldacaqlarını elan etməyə hazırdırlar.
Marja xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanı "ABŞ-ı qəzəbləndirmək və Rusiyaya kömək etmək" üçün neftin qiymətini qaldırmağa çalışır.
Qəzet qeyd edir ki, hasilatın azaldılması səviyyəsi hələ razılaşdırılmayıb, lakin Ər-Riyad və Moskva guya gündəlik 1-2 milyon barel və ya daha çox ixtisarda israr edirlər. İstisna edilmir ki, bu tədbir tərəflər tərəfindən “mərhələ ilə, bir neçə ay ərzində” həyata keçirilə və ABŞ-ın cavab addımları atmasına səbəb ola bilər.
“Financial Times” mənbələrdən birinin dediklərinə istinadən yazır ki, OPEC+ sazişində iştirak edən ölkələrin Rusiya nefti üçün tətbiqi müzakirə olunan qiymət tavanının (məhdudiyyətinin) sonradan digər istehsalçılara münasibətdə “daha geniş tətbiq üçün presedentə çevrilə biləcəyindən ehtiyat edir”.
OPEC+ nazirləri neft hasilatı ilə bağlı gələcək planı müəyyən etmək üçün çərşənbə günü növbəti iclas keçirəcəklər. 2020-ci ilin martından bəri ilk dəfə alyans üzvləri OPEC-in Vyanadakı mənzil-qərargahında şəxsən görüşəcəklər.
HƏMÇİNİN OXU: Neft bazarları nəfəsini tutub bu qərarı gözləyir - SAAT 16:00- DA İCLAS BAŞLAYACAQ
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
6 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
7 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
